Haluk Bayraktar: “Baykar” Türkiyənin 10 aparıcı ixracatçı şirkətindən biridir
Yusif Nəzərli
00:28 10.06.2024
Aktual
430
Pilotsuz uçuş aparatı istehsal edən “Baykar” şirkəti Türkiyənin 10 aparıcı ixracatçı şirkətindən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə müdafiə şirkətinin baş direktoru Haluk Bayraktar sosial şəbəkə səhifələrində paylaşıb.
“Türkiyə tarixində ilk dəfə olaraq müdafiə şirkəti 10 ixracatçı sırasındadır. Bu uğuru necə əldə etdik? Hər şey 2000-ci illərin əvvəllərində “Baykar” şirkəti tərəfindən işlənib hazırlanmış altı kiloqramlıq mini drondan başladı. Növbəti yeddi il bir qəpik də qazanmadan araşdırmalara başladıq”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, şirkətin bütün sərmayələri planlı şəkildə növbəti araşdırmalara yatırılırdı.
“Biz inanırdıq ki, pilotsuz uçan aparatlar müharibələrin gedişini dəyişəcək, gələcəyin texnologiyalarına çevriləcəklər. Bizim şirkətdə əmin idilər ki, “Baykar”ın səyləri Türkiyənin inkişafında yeni qığılcım olacaq. Buna görə də işlər 24 saatlıq rejimdə aparılırdı”,-deyə Bayraktar qeyd edib.
O qeyd edib ki, yeni dronların işlənib-hazırlanması çətinliklə reallaşırdı: “Addım-addım biz bu pilləkənlə qalxırdıq, sonradan dünyanı dəyişən yeni PUA istehsal edirdik. Bu gün “Baykar” ailəsi artıq 4500 mütəxəssisi birləşdirir”, – bildirilib.
Müdafiə şirkətinin baş direktoru əlavə edib ki, sıçrayış etmək və “Baykar”ı Türkiyənin müdafiə məhsullarının ixracında liderliyə çatdırmaq üçün təkcə bir dənə “Bayraktar TB2” PUA kifayət etdi.
“Bu gün biz artıq Bayraktar AKINCI zərbə PUA-nın tədarükü üçün müqavilələr imzalayırıq: “Baykar” məhsullarının dünyanın 34 ölkəsinə ixracına dair sazişlər imzalanıb. Biz dünyanın 100 aparıcı müdafiə şirkəti sırasındayıq. Əldə etdiyimiz hər şeyi türk xalqının dəstəyinə borcluyuq. Türkiyə vətəndaşları və bütün bəşəriyyətin rifahı naminə işlərimizi davam etdirəcəyik. Növbədə əsrlər boyunca arzumuz olan “Bayraktar KIZILELMA” pilotsuz hərbi təyyarəsidir”, - deyə Haluk Bayraktar bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü iyunun 8-də sıralarına “Baykar” şirkətinin ilk dəfə daxil olduğu aparıcı ixracatçıların nümayəndələrinə şəxsən mükafatlar təqdim edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat
Fərhad Məmmədov: Ermənilərlə bu görüşün simvolik mənası odur ki...
15:31 11.04.2026
Gündəm
ABŞ mətbuatı yazdı: “Çindən İrana səssiz dəstək”
15:01 11.04.2026
Dünya