Hamının gözlədiyi AÇIQLAMA:“İyundan sonra toylar bərpa oluna bilər”
Fidan Həmişəyeva
14:12 18.05.2021
Aktual
701
“Toyları təxirə salmaq olmaz. Çünki bu, demoqrafik və məişət problemi yarada bilər”
“Artıq 150 nəfər müğənni gedib Rusiya və Türkiyədə çalışmağa başlayır”
“Dövlət Operativ Qərargahın simasında problemin həllini tezləşdirməlidir”
Məlum olduğu kimi, artıq bir ildən çoxdur ki, ölkəmizdə toy və yas mərasimlərinin keçirilməsi qadağandır. Səbəb isə bütün dünyanı cənginə alan pandemiyadır.
Yalnız toy və yas mərasimləri deyil, müxtəlif tədbirlərin də keçirilməsinə icazə verilmir. Bu baxımdan çoxlu sayda vətəndaşımızın sadə nikahla ailə qurmasının şahidi olduq. Lakin son günlər səslənən iddialara əsasən, müxtəlif şərtlər daxilində ölkəmizdə toylara icazə verilə bilər.
Mövcud durumu “Sherg.az”a dəyərləndirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “kitabxana.net” portalının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə, toy mərasimlərinin müəyyən şərtlərlə bərpası lazımdır:
“Pandemiya il yarımdan çoxdur ki, bütün dünyada və Azərbaycanda ənənəvi yaşam tərzimizi, məişət və sosial münasibətlər məcmusunun istiqamətini dəyişib. Bu baxımdan toy və yasların, müəyyən şənliklər və tədbirlərin keçirilməsinə qadağalar var. Amma həyat davam edir. Dövlətimiz xalqın sağlamlığını nəzərə alaraq, müəyyən kütləvi tədbirləri yasaqlayıb. Amma dəfələrlə təklif olunurdu ki, vaksinasiya ediləndən və yoluxma sayı azalandan sonra toylara icazə verilə bilər. Fikrimcə, iyun ayından sonra bu, mümkündür. Lakin şadlıq evində 500-600 nəfəri yığıb toy edilməli deyil. Çünki 1 nəfərin koronavirus olması çoxlu sayda insanın yoluxmasına səbəb ola bilər. Müxtəlif vaxtlarda təkliflər səsləndirmişdik ki, açıq havada və yaxud restoranların bir neçə zalında qadın və kişi toyu, nişan və xınayaxdı ayrı-ayrı mərasimlər reallaşa bilər. Hətta yoluxma faktı olsa belə, insanların bir qismini qoruya bilərik”.
A.X. Əbilov vurğulayıb ki, toy, çox böyük biznes deməkdir:
“Burada yalnız şadlıq evləri deyil, gözəllik salonundan tutmuş, nəqliyyat, müğənni, kənd təsərrüfatı ilə məşğul olanlar, yemək və əyləncə sektoru, zərgərlik, mebel və.s sektor bir-birinə bağlıdır. Hesablamalarımıza görə, Azərbaycanda 1 milyona yaxın insan toy sektorunda birləşir və bundan xeyir götürür. Ailə baxımından götürsək, 2 milyona yaxın insanın iş yeri var. Beləliklə, Azərbaycan iqtisadiyyatına bəlkə də neft və kənd təsərrüfatında sonra 2 milyardan çox xeyir verən məhz toy biznesidir. Ona görə də toylara icazə verilməsinin tərəfdarıyıq. Amma müəyyən normativ qaydalara əməl olunmalıdır. Açıq və çadır tipli məclis qurmaq mümkündür. Eyni zamanda toyların formatını da dəyişmək olar. Məsələn, bəzi toylar virtual formada ola bilər. Yəni ən yaxın adamlar olmaq şərtilə digərləri, hətta musiqiçilər belə virtual qoşula bilər. Həmçinin kişi və qadınların ayrı-ayrı yerdə olması varinatı da mümkündür. Nikaha girdikdən sonra da vəziyyət düzəldikdə toy etmək mümkündür. Toyları təxirə salmaq olmaz. Çünki bu, demoqrafik və məişət problemi yarada bilər. Ona görə də məsələni tezliklə həll etmək lazımdır. Artıq 150 nəfər müğənni gedib Rusiya və Türkiyədə çalışmağa başlayır. Rusiyada toylara icazə var, bizə isə yoxdur. Bu durum bir az qəribədir. Azərbaycan toyları artıq Rusiyada edilir. Qapalı mühitdə insanların yoluxmasından ehtiyat edirlərsə, bütün restoran və kafelər adamla doludur. Amma yoluxma faktı o qədər də artmır. Peyvənd olunma bitəndən sonra dövlət bu məsələyə baxa bilər. Dövlət Operativ Qərargahın simasında problemin həllini tezləşdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə