Hər bir şəhərin azad olunması şərəfli tarixdir - Şərh
Yusif Nəzərli
03:52 04.08.2023
Aktual
496
Dövlət başçısının sərəncamı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaq
"İşğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ictimaiyyət tərəfindən olduqca müsbət qarşılandı". Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, Sərəncama müvafiq olaraq hər il, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa şəhərlərinin azad olunduğu günlər təntənəli şəkildə qeyd olunacaq: "2020-ci ildə qəhrəman Silahlı Qüvvələrimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində 200 ildən bəri itirdiyimiz torpaqları azad etməklə, adını tarixə qızıl hərflərlə yazdırdı. Xalqımız, 44 gün ərzində, hər axşam televiziya ekranları qarşısında Ali Baş Komandanın, cəbhədəki vəziyyət, azad edilmiş yaşayış məntəqələri barədə məlumatlarını səbirsizliklə gözləyirdi. Ancaq rayonların və şəhərlərin elan olunduğu gün əsil bayrama çevrilir. Pandemiya qadağalarına məhəl qoymadan, insanlar küçələrə axışırdılar. Nəhayət, noyabr ayının 8-də, hər bir azərbaycanlının qəlbində özünəməxsus yer tutmuş Şuşanın azad olunması ilə düşmən təslim oldu. Hər bir şəhərin azad olunması, özlüyündə bir şərəfli tarixdir. Bu şərəfli qəhrəmanlıq tarixi, şəhidlərin müqəddəs ruhu, döyüşlərdə iştirak edən qazilər, veteranlar anılmalı, gələcək nəsillərə ötürülməlidir. İllər, qərinələr, əsrlər keçəcək, Azərbaycan daha da güclənəcək, inkiçaf edəcək və xalqımız heç zaman 44 günlük Vətən müharibəsini unutmayacaqdır. Hesab edirəm ki, dövlət başçısının sərəncamı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayacaq. Həmin şəhərlərin və rayonların əhalisinin ictimai-siyasi-mədəni həyatında özünəməxsus yer tutacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm