İlham Əliyev AYİB-in prezidentini qəbul etdi
Yusif Nəzərli
14:02 13.09.2022
Aktual
373
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə AYİB arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Xüsusilə qeyri-neft sektorunda iqtisadi fəallığın dəstəklənməsi, iş yerlərinin yaradılmasına dair layihələrin reallaşdırılması, dövlət müəssisələri ilə yanaşı, özəl sektorun maliyyələşdirilməsinin artırılmasında, bərpaolunan və alternativ enerji sahəsində Azərbaycanda artıq həyata keçirilən layihələrdə AYİB-in iştirakı və dəstəyi qeyd edilib, gələcək layihələrin həyata keçirilməsində bu iştirakın genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı nəqliyyat-logistika sahəsində həyata keçirilən fəaliyyətlərə dəstək verilməsi, bu qəbildən ötən gün AYİB ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan və 100 milyon dollar məbləğində kreditləşmənin nəzərdə tutulduğu layihənin perspektivləri müzakirə edilib. Həmçinin Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının mümkün iştirakı barədə fikir mübadiləsi aparılıb.
Telekommunikasiya sahəsində əməkdaşlığa toxunulub, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək “Küçələrin işıqlandırılması” layihəsinə dair Qrant, Kredit və Layihə sazişlərinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Oxşar layihələrin ölkəmizin digər şəhərlərində də həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya