İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü - FOTOLAR
13:38 20.02.2020
Aktual
477
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olunub.
Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte birgə foto çəkdiriblər.
Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb. “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının əhəmiyyəti qeyd olundu, bu sənədin əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağı vurğulanıb. Azərbaycanın radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə aparıcı rolu, ölkəmizin dünyəvi ənənələri yüksək qiymətləndirilib.
Söhbət zamanı ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirilib. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində çox fəal surətdə iştirak etdikləri vurğulanıb. Bu səfər zamanı imzalanacaq çoxsaylı sənədlərin ölkələrimiz arasında əməkdaşlığın daha geniş şəkildə inkişafı üçün zəmin yaradacağı qeyd edilib. Eyni zamanda, fevralın 21-də keçiriləcək biznes forumun daha böyük imkanlar yaradacağı diqqətə çatdırılıb.
Söhbət zamanı İtaliyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını dəstəklədiyi bildirilib. Həmçinin Əfqanıstanda sülhməramlı əməliyyatlarda ölkələrimizin birlikdə iştirakı qeyd edilib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından Azərbaycan ili elan edildiyi bildirilib.
Dövlətimizin başçısı İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət edib. Nazirlər Şurasının Sədri bu səfəri məmnuniyyətlə qəbul etdiyini bildirib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol