
“İran maşınlarının Qarabağa girməsinə ruslar şərait yaradıb”- “Suyu bulandırırlar”!
13:34 13.09.2021
Aktual
483
“Ruslar Türkiyə, İsrail yüklərinin də daşınmalarına icazə verərdilərmi? Əlbəttə, yox”
“İran bu və ya digər formada məsuliyyəti öz boynundan ata bilər”
“Amma əsas məsələ odur ki, sülhməramlılar vəzifələrini yerinə yetirmirlər”
Azərbaycan bu ilin avqustunda çoxlu sayda İran yük maşınlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına rəsmi Bakının icazəsi olmadan qanunsuz keçdiyi barədə məlumat əldə edib. Belə ki, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb. Giriş-çıxış tarixləri də məlumdur - 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, həmçinin 3, 4, 5, 6, 7 avqust.
Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib. Səbəb, həqiqətən, tutarlı idi: İran yük maşınları ilə Qarabağa qanunsuz yük daşınması. Azərbaycan tərəfinin Azərbaycan-İran münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi şəkildə narahat olması aşkar surətdə səfirin diqqətinə çatdırılıb.
“Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin rəsmi Bakının icazəsi olmadan davamlı olaraq Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə edilib. Bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı səfirin qarşısında bir daha qaldırılıb”, - deyə Azərbaycan XİN-in Mətbuat Xidmətinin açıqlamasında bildirilib. Rəsmi Bakı həmin vaxt bəyan etdi ki, İranın yeni administrasiyası tərəfindən bu kimi qanunsuz hallara son qoyulması istiqamətində əməli addımların atılacağını gözləyir. Düz bir ay keçdi. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakının etirazlarını nəzərə alıbmı? Lazımi yoxlamaları həyata keçiribmi? Qətiyyən! Caliber.Az İrana məxsus yük maşınlarının Bakının kəskin etirazına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv video görüntülər əldə etdi. Bu proseslərin fonunda Gorus- Qafan tolunda polis postları qurulub.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bu barədə “Sherg.az”a danışdı:
“Biz öz ərazimizdə polis postları qurmuşuq. Bunun kimsəyə- nə Rusiyaya, nə İrana, nə də Ermənistana aidiyyəti var. Hətta Azərbaycanın orada gömrük xidməti yaratmaq hüququnu da özündə saxlayır. Torpaqlarımız işğal altında olanda da oraya İran maşınları gedirdi. İndiki halda bütün məsuliyyəti ruslar daşıyır. İran maşınlarının Qarabağda olması sülhməramlıların məsuliyyətsizliyi, öz mandatlarını yerinə yetirməməsi deməkdir. Rusiya icazə verməsə, İran avtomobillərinin Qarabağda nə işi var?! Ruslar Türkiyə, İsrail yüklərinin də daşınmalarına icazə verərdilərmi? Əlbəttə, yox. İran bu və ya digər formada məsuliyyəti öz boynundan ata bilər. Amma əsas məsələ odur ki, sülhməramlılar vəzifələrini yerinə yetirmirlər”.
S. Soltanın sözlərinə görə, sülhməramlılar “suyu bulandırırlar”:
“Məlum olduğu kimi, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Gələcəkdə inteqrasiya olmalıdır. Amma ruslar torpaqlarımızda qaldığı müddətcə bunun qarşısını alacaqlar. Eyni zamanda Rusiya məhz bu cür addımlarla Bakı- Tehran münasibətlərinə də zərbə vurur. Bir daha xatırladıram ki, İran maşınlarının Qarabağa girməsinə məhz ruslar şərait yaradıb”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol