İran səfirinin səfərindəki PƏRDƏARXASI məqamlar... – AKTUAL İZAH
Banuçiçək Kalbalıyeva
11:25 05.08.2021
Aktual
689
“Tehranın Azərbaycanla- Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə dair narahatlığı göz qabağındadır”
“Səfirin sərhədə səfəri isə, ümumiyyətlə, anormal addımdır”
“Tehran hərəkətlərini redaktə etməsə, biz münasibətimizi dəyişməli olacağıq”
İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib. Erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub. İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib.
İran səfirinin ermənilərin səngərində dayanıb Azərbaycan ərazilərinə durbinlə baxması dost hesab olunacaq bir ölkənin diplomatının davranışı ilə uyğun deyil. İctimaiyyətin yadındadır ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin “Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin – “Qarabağ torpağı İslam torpağıdır”, – deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikirləri haqlı etirazla qarşılanmışdı. Çünki Azərbaycan xalqı 44 günlük müharibədə İranın necə mövqe nümayiş etdirdiyini dəqiq bilirdi.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu barədə “Sherg.az”a açıqlamasında cənub qonşumuzun addımlarını qınadı:
“Biz həmişə İranla təktərəfli qonşuluq siyasəti yeritməyə çalışmışıq. Bakı Tehrana qarşı təzyiqlərdə iştirak etməyib. Amma İranın addımları daim qeyri-adekvat olub.
Müharibə vaxtı hətta xristian dövlət olmasına rəğmən, Gürcüstan Ermənistanla yolu bağladı. İran vasitəsi ilə isə 900 tonadək silah-sursat daşındı. Həmin avtomobillərin görüntüləri də sosial şəbəkələrdə yayılmışdı”.
F.Quliyev düşünür ki, bu, bizim də qonşu ölkəyə siyasətimizin dəyişməsinə səbəb ola bilər:
“İran müsəlman ölkəsi olmasına baxmayaraq, bir dəfə də olsun erməni silahlılarının Qarabağdan çıxarılması barədə bəyanat verməyib. Tehranın Azərbaycanla- Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə dair narahatlığı göz qabağındadır.
Səfirin sərhədə səfəri isə, ümumiyyətlə, anormal addımdır. İranın Azərbaycanda da səfiri var. O, bizim müşayətimizlə istədiyi yerə gedə bilərdi. Fikrimcə, Tehran hərəkətlərini redaktə etməsə, biz münasibətimizi dəyişməli olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat