İrandan İsrailə mesaj: "Hücumları dayandırmasanız, müdaxilə edəcəyik"
Yusif Nəzərli
22:25 14.10.2023
Aktual
593
İran Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə İsrailə "Qəzzəyə hücumlar davam edərsə, müdaxilə etməli olacaq" mesajı verib.
Sherg.az xəbər verir ki, ABŞ-ın Axios xəbər saytının xəbərinə görə, adı açıqlanmayan iki diplomatik mənbəyə əsaslanaraq İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyrutda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüşündə ölkəsinin mesajını çatdırıb.
Vennesland Abdullahiyandan Qəzza və İsraildəki münaqişənin bölgəyə yayılmasının qarşısını almağa kömək etməsini istəyib.
Sözügedən mənbələrə görə, Abdullahian İranın münaqişənin regional müharibəyə çevrilməsini istəmədiyini və Qəzzada Həmas tərəfindən girov saxlanılan israillilərin azad edilməsinə kömək edə biləcəyini də bildirib.
Digər tərəfdən, ölkəsinin "qırmızı xətləri" olduğunu vurğulayan Abdullahiyan BMT rəsmisinə İsrailin hücumlarının davam edəcəyi və xüsusən də Qəzzaya qurudan hücum ediləcəyi təqdirdə İranın cavab verməli olacağını bildirib.
BMT-nin xüsusi koordinatoru Vennesland da başda İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi olmaqla İsrail rəsmiləri ilə əlaqə saxlayıb və İranın mesajını Tel-Əviv rəhbərliyinə çatdırıb.
İran Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada Abdullahiyanın bu gün İranın Beyrutdakı səfirliyində BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüş keçirdiyini açıqlayıb.
Beyrutdakı təmasları çərçivəsində Livan Hizbullahının baş katibi Həsən Nəsrullah, Fələstinin müqavimət qrupları Həmas və İslami Cihadın yüksək səviyyəli rəsmiləri ilə görüşən Abdullahiyan İsraili Qəzzaya hücumları dərhal dayandırmağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya