İranı indi də jurnalistlər tərk edir - RƏY
12:38 07.08.2023
Aktual
567
Bunu İranda mühacirətin növbəti dalğası kimi səciyyələndirmək olar
İranın Avstraliyada keçirilən idman turnirinə ezam etdiyi jurnalistləri bu ölkədən sığınacaq istəyib.
Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.Bildirilir ki, “İran idmanı” qəzetinin redaksiya heyətinin üzvü, "İran" qəzetinin idman şöbəsinin katibi Səid Zahidian və “İran” qəzetinin fotoqrafı Nəim Əhmədi İrana qayıtmaqdan imtina ediblər.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzu ilə bağlı “Sherg.az”a açıqlama verib.O, bildirib ki, bu klassik variantdır. Diktatura, avtoritar rejimdən cana doymuş İran vətəndaşları imkan düşən kimi xarici ölkədən sığınacaq istəyir.
“Keçmiş SSRİ-nin vaxtında da bu belə olub,Şimali Koreyada da hər zaman oxşar hadisələrə rast gəlinir. Kənardan müşahidə olunan odur ki, mövcud hakimiyyət vətəndaşların hüquqlarının, azadlıqlarının təmin olunmasında çox saylı problemlər yaşayır. Vətəndaşlar öz dövlətlərindəki hakimiyyətlərin zülmünə tab gətirməyərək tək çarənin ölkə hüdudlarından kənarda yaşamaq olduğunu düşünürlər”.
S.Soltanlı həmçinin qeyd edib ki, belə halların sayı son zamanlar kəskin surətdə artmaqdadır. Bunu İranda mühacirətin növbəti dalğası kimi səciyyələndirmək olar.
“İranda ictimai-siyasi fəal vətəndaşlar rejimin təzyiqlərindən, rejimin yaratdığı mühitdən cana doyduqlarından ilk fürsətdə ölkədən qaçırlar. İranda buna bənzər hadisələr əvvəllər də yetəri qədər çox olub. İdmançılar kollektiv şəkildə ölkədən qaçıb və xarici ölkədən sığınacaq istəyiblər. Məsələn, bu yaxınlarda İranlı şahmatçılar da xarici ölkələrdən sığınacaq istəmişdilər. Hətta məhşur futbolçu Əli Dayinin də deyilənə görə ölkədən çıxıb və xaricdə yaşayacaq. Avstraliyadan sığınacaq istəyən iki jurnalistin də bu addımı atması rejimin təzahürüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm