İrəvan hökuməti çıxılmaz vəziyyətdədir
Yusif Nəzərli
20:47 06.11.2023
Aktual
486
Diqqəti əsas məsələlərdən yayındırmaq üçün ölkədə Azərbaycan qorxusu yaradırlar
"Ermənistan hökuməti bəzi Qərb ölkələrinin və beynəlxalq qurumların, xarici medianın dəstəyi ilə məqsədyönlü şəkildə anti-Azərbaycan kampaniyası aparır".
Sherg.az xəbər verir ki, bu barədə Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
A.Nağının sözlərinə görə, erməni tərəfi iddia edir ki, guya, Azərbaycan Ermənistana "hücuma" hazırlaşır, Zəngəzuru ələ keçirmək istəyir:
"ABŞ-də fəaliyyət göstərən Lemkin İnstitutu saxta bəyanatla çıxış etmişdi ki, guya, Azərbaycan bölgədə təhlükə yaradır, Ermənistan ərazisinə girməyi planlayır və s. Ona görə də bunun qarşısını almaq, Bakıya sanksiya tətbiq etmək lazımdır. Ermənistan və onun dəstəkçiləri bu uydurma məsələ ətrafında hay-küy salıblar. Ermənistan baş naziri, o cümlədən digər rəsmilər vaxtaşırı ölkə daxilində həyəcan yaratmaq, nəzər-diqqəti başqa istiqamətə yönəltmək məqsədilə bu cür sərsəm iddialarla çıxış edirlər. İrəvan hökuməti çıxılmaz vəziyyətdədir, iqtisadi, hərbi cəhətdən çökmüş durumdadırlar. Paşinyan və hökumət üzvləri ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırmağa səy göstərirlər. Həm də beynəlxalq təşkilatların diqqətini regiona yönəltməyə çalışırlar. Məqsəd Bakıya təzyiqlərin göstərilməsinə nail olmaqdır. Əfsuslar ki, beynəlxalq qurumlar da həqiqətin, reallığın fərqinə varmadan erməni yalanlarının təbliğatçısına çevrilirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
18:28 12.08.2026
Hadisə
50 manatlıq bir stəkan çay - İstehlakçıların başına oyun açılır
18:26 12.08.2026
Aktual
Mahmud Abbas Türkiyədə səfərdədir
18:18 12.08.2026
Dünya
Bakıda 16 istiqamətdə sıxlıq var
18:06 12.08.2026
İnfrastruktur
Mingəçevir su anbarında 22 yaşlı gənc batıb
18:02 12.08.2026
Hadisə
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya