İşimiz asan olmayacaq! “Ermənilər xəritəni verməyəcəklər”
Banuçiçək Kalbalıyeva
13:07 31.05.2021
Aktual
638
Məlum olduğu kimi, ermənilər üçtərəfli bəyanatın tələblərinə zidd şəkildə aylardır ki, minalanmış ərazilərin xəritəsini vermirlər. Əksinə, yenə naxələf, riyakar addımlar atırlar. Bu günlərdə sərhəddə təxribat törədən düşmənlər saxlanılarkən onların mina basdırdıqları məlum olub. Özləri bunu “tikinti işləri” adlandırsalar da, fakt ortadadır. Deməli, düşmən dinə-imana gəlməyəcək. Çünki ermənilərin başa düşdükləri yeganə dil məhz güc dilidir.
Hüquqşünas, politoloq Fərhad Mehdiyev “Sherg.az”a açıqlamasında bildirdi ki, ermənilərin növbəti diversiya cəhdinin nəticələri ağır ola bilərdi:
“Bu, atəşkəsin pozulması deməkdir. Düşmənin sözügedən addımı silahların yenidən işə düşməsi üçün ciddi əsasdır. Düzdür, sülhməramlılar vəziyyətə nəzarət edirlər, lakin beynəlxalq hüququn konkret tələbləri var. Minaların basdırılması yalnız bunu öz ərazilərində etdikləri halda beynəlxalq hüquq pozuntusu olmazdı. Özləri isə əməllərinə belə bəraət qazandırırlar: həmin yerlər mübahisəli ərazilərdir. Daimi sülh müqaviləsi imzalanmadıqca belə təxribatlar təkrarlanacaq”.
F.Mehdiyev, həmçinin minalı ərazilərin xəritəsinin verilməsindən danışdı:
“Ermənilər bizə onu verməyəcklər. Xəritənin guya itib-batdığını deyirlər. Onlar hətta saxlanılan diversantlar qarşılığında da xəritəni vermək istəmədilər. Görünür, işimiz asan olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə