İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
18:24 19.02.2020
Aktual
413
Fevralın 19-da İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub, bu soyqırımı zamanı qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunmuş “Onlar heç vaxt böyüməyəcəklər” kitabı təqdim edilib.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Beyoğlu Bələdiyyəsi, Türk Ocaqları İstanbul Şöbəsi və "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Anım mərasimində çıxış edən İstanbulun Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, Beyoğlu icra başçısı Mustafa Demirelli, ölkəmizin İstanbuldaki baş konsulu Məsim Hacıyev, Türk Ocaqları İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram, Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərova Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıblar. Qeyd edilib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımını ermənilərin tarixboyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar tarixboyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduqlarını qeyd ediblər. Bildirilib ki, Xocalıda baş vermiş qətliam təsadüf deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış "Xocalı zülmət bir gecə" sənədli filmi nümayiş etdirilib. Filmdə soyqırımın canlı şahidləri həmin gündən danışırlar. Ekran əsərinin layihə rəhbəri və “Onlar heç vaxt böyüməyəcəklər” kitabının yazarı “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Cəfərovadır. Kitab Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və “Azərbaycan” Nəşriyyatının dəstəyi ilə hazırlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət