Kamran Əliyevin Moskva səfəri: Bütün mesajlar çatdırılıb
Yusif Nəzərli
15:01 09.12.2022
Aktual
568
Çingiz Qənizadə:"Azərbaycanın milli və dövlət maraqları tamamilə qorunub”
“Moskvada keçirilmiş həm ikitərəfli, həm də üçtərəfli görüşdə səsləndirilən fikirlər, əldə olunan razılaşmalardan səfərin nəticələrinin uğurlu olduğu qənaətinə gəlmək olar"
Dekabrın 8-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər edib. Görüş zamanı bir çox məsələlər, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkənin hüquq mühafizə, prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardım göstərilib. Eləcə də, cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb".
Bunu "Sherg.az"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Baş prokurorluğu arasında bu cür görüşlərin keçirilməsi olduqca vacibdir:
"Çünki Rusiya bizə qonşu ölkədir. Milyondan çox vətəndaşımız orada yaşayır, işləyir. Həmin soydaşlarımızla bağlı gələcəkdə baş verə biləcək hər hansı bir hüquqi nəticələr, bu şəxslərin Azərbaycana ekstradisiya edilməsi kimi məsələlərin müzakirə edilməsi normaldır. Bəzən bizim hüquq müdafiəçilərinə də Rusiyada həbsdə olan şəxslərin ekstradisiya edilməsi, təqiblərə məruz qalması kimi müraciətlər ünvanladıqda təbii ki, rusiyalı həmkarlarımız və Azərbaycan Respublikası hüquq - mühafizə orqanları ilə bu məsələ ətrafında müəyyən fikir mübadilələri aparırıq”.
Ç.Qənizadə diqqətə çatdırıb ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Moskva səfərində maraqlı məqamlardan biri də Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşünün keçirilməsidir:
“Görüşdə yaranmış fürsətdən istifadə edərək, Kamran Əliyev mina xəritələrinin bugünədək Azərbaycana verilməməsi, bunun insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyəti barədə danışıb. Həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirilməsi ilə bağlı narahatlığını bildirib. Burada qaldırılan məsələlər Ermənistana ünvanlanıb. Amma rəsmi İrəvana dəstək olan Rusiya hüquq-mühafizə orqanlarının rəhbərlərindən birinin də bu mövzuları Baş prokurorumuzun dilindən eşitməsi yerində və vacib situasiyalardan biridir. Eyni zamanda Azərbaycanın baş prokuroru Kamran Əliyev təbii sərvətlərimizin qanunsuz istismarı ilə bağlı da hərəkətlərin yolverilməz olduğunu görüş vaxtı hər iki ölkənin Baş prokuroruna çatdırıb. Həmçinin 1-ci və 2-ci Qarabağ müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunub. Prosesin davam etdirilməsinin önəmli olduğunu bildirib.
Eyni zamanda vurğulayıb ki, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli və 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur. Ermənistan tərəfi isə bu bəyanatlara hələ də tam əməl etmir. Sözügedən görüşdə Azərbaycanın milli və dövlət maraqları tamamilə qorunub. Sadaladığım məsələlər bizi istəməyən qüvvələr, Ermənistanın rəhbərliyi və prokurorluğunun diqqətinə çatdırılıb. Baş prokurorluq səviyyəsində Moskvada keçirilmiş həm ikitərəfli, həm də üçtərəfli görüşdə səsləndirilən fikirlər, müzakirələr, əldə olunan razılaşmalardan səfərin nəticələrinin uğurlu olduğu qənaətinə gəlmək olar".
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm