Ermənistanla nəsə danışmaq, onların ekstradisiyasından söhbət gedə bilməz
Koçaryanı, Sarkisyanı da tələb etməliyik
Yusif Nəzərli
04:07 13.10.2023
Aktual
632
Əli qanlı separatçılar barədə
Ermənistanla nəsə danışmaq, onların ekstradisiyasından söhbət gedə bilməz
Ermənistanla nəsə danışmaq, onların ekstradisiyasından söhbət gedə bilməz
"Həbs olunan separatçılar Azərbaycanın suveren ərazilərində terror hadisəsi həyata keçiriblər, insanların kütləvi qırğınlarında iştirak ediblər".
Bunu "Sherg.az"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli deyib. Ekspert bildirib ki, onların Xocalı soyqırımının təşkilində əlləri var: "Həmçinin Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı əməliyyatlar həyata keçiriblər. Mülki insanların, hərbi qulluqçuların qətlə yetirilməsində xüsusi rol oynayıblar. Bunlarla bağlı illərlə toplanılmış cinayət materialları var və bütün hallarda hüquq imkan verir ki, bu şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində cəzalandırılsınlar. Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyanın Qarabağ bölgəsində həyata keçirdikləri terror aktları, ərazi bütövlüyümüzün pozulması, separatizm və terrorçuluq fəaliyyəti faktlarla isbat olunub. Araik Arutyunyanın əmri ilə Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və başqa yerlərə raket hücumlarının təşkil olunması reallıqdır. Həmçinin müharibə vaxtı qadağan olunmuş silahlardan istifadə olunması əmrini də həmin separatçılar verib".
S.Əsədli vurğulayıb ki, adıçəkilən şəxslər Azərbaycan qanunvericiliyi çərçivəsində ən sərt formada cəzalandırılmağı haqq edirlər: "Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib. O, terrorçuluğu, qanunsuz silahlı birləşmələri maliyyələşdirməklə məşğul olub. Bu adam Azərbaycan dövlətinin icazəsi və razılığı olmadan ərazimizə gəlib və orada bir çox terror aktlarının, separatçılıq meyillərinin həyata keçirilməsinə birbaşa rəhbərlik edib. Bunlar faktla sübut olunub. Əli qanlı separatçılar barədə Ermənistanla nəsə danışmaq, onların ekstradisiyasından söhbət gedə bilməz. Onlar mütləq cəzalarını çəkməlidir. Bununla Robert Koçaryan və Serj Sarkisyanı da Ermənistandan tələb etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya