"KTMT parçalana, Rusiya ağır məğlubiyyətə düçar ola bilər"
Banuçiçək Kalbalıyeva
14:16 22.05.2021
Aktual
816
“Azərbaycan və Ermənistan arasında yaşanan yeni gərginlik heç bir halda Rusiyanın diqtəsi deyil”.
Bu sözləri hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O, “Sherg.az”a açıqlamasında fikirlərini belə izah etdi:
“Birincisi, Rusiya hazırda Cənubi Qafqazda yeganə sülhməramlı missiya adı ilə özbaşınalıq edən tək ölkədir. Halbuki beynəlxalq sistem Qarabağda heç bir halda tək ölkənin sülhməramlı missiyada iştirak edə bilməyəcəyini tələb edir. Rusiya hazırda regionun əsas söz sahibi olan hegemon ölkədir. Regionda vəziyyətin mürəkkəbləşməsi onun maraqlarına zərbə vuracaq.
İkincisi, Azərbaycan Türkiyə ilə hərtərəfli müttəfiqdir. Türkiyə isə Rusiyanın əsrlərdir və indi də əsas rəqibidir. Ankara Bakının sırf Moskvanın maraqlarına xidmətini qəbul etməz və buna icazə verməz.
Üçüncüsü isə rəsmi Bakı artıq 1990-cı illərin zəif və dəstəksiz Bakısı deyil. Biz dünyada kifayət qədər tərəfdaş, müttəfiq qazanmışıq.
Beynəlxalq təşkilatlar Azərbaycanın hüquq və qanunlara olan hörmətini görüb. Bakı kifayət qədər güclüdür, silahları da müasirdir və iqtisadiyyatı davamlıdır.
KTMT və Rusiyanın mümkün olacaq müharibədə birbaşa Ermənistanı dəstəkləməsi məsələsi isə sadəcə KTMT blokunun parçalanması, Rusiyanın ağır məğlubiyyətə düçar olması ilə bitəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə