
Liderlər arasında güvən problemi: Putinin şərtləri çox gülməlidir -Aydın Sezer
12:15 11.09.2024
Aktual
655
“Middle East Eye” nəşri mənbələrə istinadən məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyi ehtimalından ehtiyat edərək, Rusiya döyüş təyyarələrinin mühafizəsi altında Türkiyəyə uçmaq istəyir. Məhz bu səbəbdən Rusiya prezidentinin Ankaraya səfəri gecikir. Nəşrin qeyd etdiyi kimi, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər. Mənbə aydınlaşdırıb ki, Türkiyə Putinin səfəri üçün hava hücumundan müdafiə sistemlərini söndürmək və ya dəyişdirməyi planlaşdırmır. Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində gəlişi ehtimalı nəzərdən keçirilir, lakin yeni tələblər mümkün səfəri çətinləşdirir.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gəlməməsinin əsas səbəbi iki ölkə arasında yaşanan problemlərdir:

“Çünki Ərdoğan həqiqətən də Putinlə görüşmək istəsə, əvvəllər etdiyi kimi, indi də Moskvaya gedə bilər. Əslində Türkiyənin son illərdə Ukrayna müharibəsinə münasibəti və Ukraynaya silah daşınmasını davam etdirməsi, həmçinin Mehmet Şimşək tərəfindən həyata keçirilən iqtisadi siyasətə uyğun olaraq Türkiyənin Qərb embarqolarında iştirakı Putinin Ərdoğanla münasibətlərinə xələl gətirib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putin bu mövzuda Türkiyəyə çox sərt ifadələr işlətmişdi. Hətta jurnalistlərə gedin bunu Ərdoğana söyləyin demişdi. Eyni zamanda Putin Türkiyənin təbii qaz borclarını təxirə saldı, həm də Akkuyuya 3 milyard dollar sərmayə gətirdi. Amma daha sonra Ərdoğanın Mehmet Şimşəklə birlikdə Qərb embarqolarını tətbiq etmə qərarı, Putini çox təəccübləndirdi. Liderlər arasında güvən problemi yarandı. buna görə də tərəflər əvvəlki kimi tez-tez telefonla belə danışmırlar. Putinin Türkiyəyə döyüş təyyarələrinin müşayiəti ilə gəlməsi şərti də, Amerika otelində qalmama səbəbi də çox gülməlidir. Birincisi Ankarada amerikalılara aid olmayan çoxlu otel var. İkincisi Putin bir günlük səfərə gələ bilər və oteldə qalmağa ehtiyac yoxdur. Ona görə də hesab edirəm ki, bu xəbər dezinformasiya məqsədi ilə yazılıb və Putinin gəlməməsinin səbəbinin bəzi texniki şərtlərdən asılı olduğunu izah etmək məqsədi daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm