
Liderlər birgə fəaliyyəti prioritet sayırlar
Yusif Nəzərli
01:24 16.09.2022
Aktual
539
Dünya Azərbaycan və Türkiyənin həmişə bir yerdə olmasını görür və bundan sonra da görəcək
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə Türkiyə lideri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verib. Dövlət başçısı başsağlığına görə Ərdoğana minnətdarlığını bildirib. Liderlərin görüşündə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə ediblər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan və Türkiyə liderləri strateji müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Zirvə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib.

Millət vəkili Aydın Mirzəzadə "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycana qardaş Türkiyə qədər yaxın olan ikinci bir dövlət yoxdur. Deputat bildirib ki, bu dövlətlərin yaxınlığı dil, din, təfəkkür, mədəniyyət, tarix birliyindən, xalqların birliyindən irəli gəlir:
"Dövlət rəhbərlərinin şəxsi dostluğu Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirir. Digər ölkələrdən fərqli olaraq Azərbaycan və Türkiyə verdikləri bəyanatların, mesajların sahibidirlər. Tarixən Azərbaycanla Türkiyə yaxın olub. Müstəqilliyimizi bərpa etdikdən sonra bu istiqamətdə çoxsaylı nümunələr gətirmək olar.
Türkiyə daim Azərbaycan böyük dəstək verib, həmçinin, Azərbaycan qardaş ölkəyə yardım göstərib. Bir neçə gün əvvəl Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycanı dəstəkləyən ilk bəyanatı məhz Türkiyə rəhbərliyi verdi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə zəngi, dəstək nümayiş etdirməsi göz qarşısında olan məsələlərdir. Əlbəttə ki, Səmərqənddəki görüş Azərbaycan və Türkiyə liderləri tərəfindən səsləndirilən bəyanatların real olduğunu, ölkələrimizin maraqlarına cavab verdiyinin daha bir nümunəsidir".
Parlament üzvü vurğulayıb ki, liderlər nə qədər tez-tez görüşsələr də, iki ölkənin dövlət başçılarının mütəmadi təmaslarına böyük ehtiyac var:
"İki ölkənin inteqrasiyası, birgə fəaliyyəti həmişə prioritetdir. Belə görüşlərdə ortaya çıxan məsələlər birgə müzakirə olunur, hökumət nümayəndələrinə mühüm tapşırıqlar verilir. Eyni zamanda beynəlxalq birlikdə birgə fəaliyyətlə bağlı məsələ müzakirə olunur. Dünya Azərbaycan və Türkiyənin həmişə bir yerdə olmasını görür və bundan sonra da görəcək.
Biz Türkiyəyə dəstəyə, problemlərimizi öz problemi kimi qəbul etdiyinə görə türk xalqına, sənət adamlarına, ziyalılarına, dəyərli oğullarına təşəkkürümüzü bildiririk. Liderlərin görüşü bir daha göstərdi ki, Azərbaycan və Türkiyə "bir mllət, iki dövlətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya