MEDİA ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun konfransında təmsil olunur
Yusif Nəzərli
13:18 30.09.2022
Aktual
378
Medianın İnkişafı Agentliyinin (MEDİA) Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Polşada keçirilən ənənəvi konfransında iştirak edir.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Konfransda çıxış edən Rasim Bağırov bildirib ki, informasiya texnologiyaları və qlobal kommunikasiyanın davamlı inkişaf etdiyi bir dövrdə medianın rolu və təsiri daha da artır. Bu baxımdan media subyektləri və jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir və qeyd olunan istiqamətdə həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla çoxşaxəli tədbirlər görülür.
Bununla yanaşı, konfrans iştirakçılarına MEDİA-nın fəaliyyəti haqqında məlumat verilib, “Media haqqında” qanun çərçivəsində jurnalistlərin hüquqlarının daha effektiv qorunduğu, eləcə də onların peşəkar fəaliyyətinə müdaxilənin yolverilməzliyi qeyd olunub.
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışovun Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən şəhid olduğu, mina xəritələri təqdim edilmədikcə bu hadisələrin sayının arta biləcəyi vurğulanıb.
Sonda regionun gələcəyi naminə ərazi bütövlüyünə və sülhsevər niyyətlərə qarşılıqlı hörmət nümayiş etdirməyin vacibliyi, sülhün alternativinin olmadığı qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə