Metro QR bilet sisteminə keçir - “Bakıkart”lara əlvida!
Yusif Nəzərli
07:33 31.12.2023
Aktual
661
Hazırda sərnişinlərin ən çox istifadə etdiyi ictimai nəqliyyat növü metrodur. Bu da təbiidir. Çünki metro tıxacda qalmır. Amma metroda da bəzi çətinliklər, vaxt itkisi, hətta əsəb yaradan hallar da var. Məsələn, səhər saatlarında işə tələsən adamın “Bakıkart” yükləmə aparatının qarşısında növbədə durması kimi. Yükləmə aparatlarından hansısa biri işləmədisə, ya da ekranda sərnişinin əsəblərinə toxunan “ancaq kağız pul qəbul edəcək”, “ancaq qəpik qəbul edəcə” tipl xəbərdarlıqları görmək bir yana, vay o gündən ki kağız əskinası terminal “bəyənməyib” geri qaytarsın! O zaman işə tələsən birisinin hansı hisslər keçirdiyini təxmin etmək çətin deyil. Bakı metropoliteni sərnişinlər üçün daha rahat gediş-gəliş və yükləmə imkanı yaradıb. Verilən məlumata görə, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb. QR bilet sisteminin üstünlüyü budur ki, “Bakıkart” olmadan da gediş haqqı yüklənə bilir. “BakıKart” plastik kartını almağa sərf olunan vəsaitə də qənaət edilmiş olur. QR bileti yaratmaq üçün sadəcə mobil telefonun internetə çıxışının olması kifayətdir. Mobil telefona QR biletlə gediş haqqı yüklənibsə, turnukeddən keçiddə mobil telefonu kart oxuyucuya yaxınlaşdırmaqla gediş haqqı ödənmiş olacaq.
“Bakıkart”a daha ehtiac qalmayacaq. Vaxta da qənaət ediləcək, “BakıKart” plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac qalmayacaq.
Sərnişin hesabının balansını rahatlıqla “BakıKart” mobil tətbiqi üzərindən artıra və izləyə biləcək. Sərnişin bu tətbiq sayəsində ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər.
Yükləmə, ödəniş sistemindəki yeniliyi şərh edən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Sherg.az-a bildirdi ki, ictimai nəqliyyatda bank kartları ilə ödəniş imkanının yaradılması müsbət haldır:
- İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq. “2024-cü ilin yanvar ayından etibarən ictimai nəqliyyatın bir neçə marşrutunda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ilk rübün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur. Bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün “BakıKart” mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq istifadəçilərə səfərlərini planlamaq, “BakıKart” plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə biləcəklər. Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəniş mümkündür artıq. Sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilər. Bu, sərnişinlərin rahatlığının təmini, vaxta qənaətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat