“Meyxanaçıların qiyamı”: Onlar sağ çıxmayacaqlar!
Yusif Nəzərli
09:34 06.02.2023
Aktual
642
Aqşin Yensey:“Amma unutmayaq ki, tarixin bütün dövrlərində sənət gələcək üçün həmişə öz dövrünün şərtlərinə satılmayan, öz dövründə ölümü könüllü seçən adamları diri saxlayır”
“Gələcəyin diriləri bu günün ölüləridir. Necə ki, XXI əsrə XX əsrdə faşist və kommunist kütlələrin tələsinə düşməyib “ölənlər” sağ çıxdı “
“Son zamanlarda meyxana ailəmində meyxanaçıların başına toplaşan kütlənin sayı gündən-günə artmaqdadır ”.
Bu sözləri “Sherg.az”a şair Aqşin Yenisey deyib .
Onun sözlərinə görə, meyxanaya duyulan maraq ədəbiyyata, elmə, göstərilmir:
“Kütlələrin qiyamı, daha doğrusu, qiyaməti təkcə ədəbiyyatda baş vermir. Bu gün kütləsi olan həkimlər, siyasətçilər, psixoloqlar və s. öz sahələrinin sonuncularıdır.
Orteqa i Qasset keçən əsrin əvvəllərində kütlələrin gücünə ehtiyac duyan və buna görə insanları kütləşdirən, kütlələşdirən faşizm və kommunizm ideologiyalarının dünyanın başına bəla olacağını sezib “Kütlələrin qiyamı” əsərini yazmışdı. Kütlələrin yaradılması dünyada müharibə hazırlığının xəbərdarlığıdır.
Bugünkü kütlələri neoliberal kapitalizm yaradır. İdeologiyası isə budur: Dünyada hər şey satıla biləndir! Satıla bilməyən, satılmaq istəməyən, satılmayan ölümə məhkumdur. İstər dini dəyər olsun, istər elmi icad, istərsə də sənət əsəri.
Kitabını oxuyan kütlələr yoxdursa, yazıçı deyilsən, ölməlisən! Tamaşana axışan kütlələr yoxdursa, teatr deyilsən, ölməlisən! Filminə baxan kütlələr yoxdursa, rejissor deyilsən, ölməlisən! Və s.
Bu gün əsl sənət adamlarını qorxudan, kütlə tənqidçisinə çevirən də bu haqsız ölüm qorxusudur. Amma unutmayaq ki, tarixin bütün dövrlərində sənət gələcək üçün həmişə öz dövrünün şərtlərinə satılmayan, öz dövründə ölümü könüllü seçən adamları diri saxlayır.
Gələcəyin diriləri bu günün ölüləridir. Necə ki, XXI əsrə XX əsrdə faşist və kommunist kütlələrin tələsinə düşməyib “ölənlər” sağ çıxdı “.
Qeyd edək ki, bu günlərdə meyxana məclisinə dair foto paylaşılıb. Fotodan da görünmdüyü bu məclisə təşrif buyuranların sayı olduqca çoxdur. Məhz bu vəziyyət cəmiyyətdə fikir ayrılıqları yaradıb. Bəziləri iddia edirlər ki, ölkədə şair, yazıçı və alimlə görüşə barmaqla sayılacaq qədər adamın qatıldığı halda meyxanaçıların bu qədər kütlə, auditoriya yığa bilməsi nonsensdir.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual