"DİN və ANAMA dəfələrlə Azərbaycan vətəndaşlarına işğaldan azad olunmuş ərazilərdə hərəkət edərkən diqqətli olmağa çağırıb. Aşağı Veysəlli kəndi uzun müddət erməni işğalı altında olub. Buna görə də ərazisinin xeyli hissəsində təkcə piyadaların yox, tank əleyhinə də minalar var. Qazel markalı maşının tank əleyhinə minaya düşməsi isə 100 faiz pis nəticələnəcəkdi. Digər tərəfdən Azərbaycan ordusu həmin bölgələrdəki separatçıların kökünü kəsib. Ona görə də, yeni minaların basdırıldığını düşünmürəm".
Mina partlayışları nə vaxt bitəcək? - Hərbi ekspert
10:46 13.10.2023
Aktual
664
Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.
Hadisəni "Sherg.az"a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, vətəndaşlarımız bəzi hallarda məsuliyyətsizlik edirlər:
"DİN və ANAMA dəfələrlə Azərbaycan vətəndaşlarına işğaldan azad olunmuş ərazilərdə hərəkət edərkən diqqətli olmağa çağırıb. Aşağı Veysəlli kəndi uzun müddət erməni işğalı altında olub. Buna görə də ərazisinin xeyli hissəsində təkcə piyadaların yox, tank əleyhinə də minalar var. Qazel markalı maşının tank əleyhinə minaya düşməsi isə 100 faiz pis nəticələnəcəkdi. Digər tərəfdən Azərbaycan ordusu həmin bölgələrdəki separatçıların kökünü kəsib. Ona görə də, yeni minaların basdırıldığını düşünmürəm".Ekspert əlavə edib ki, vətəndaşlar ANAMA-nın yoxlamadığı heç bir ərazidə hərəkət həyata keçirməlidirlər:
"Hərbçilər mina təmizləmə işi apardıqdan sonra müəyyən işarələr qoyurlar. Yəni ümumi qaydalar var. Ancaq 2020-ci ildən sonra insanlarımız mina mövzusunda xeyli boşluğa yol verir. Bu isə pis nəticələr gətirir. Amma ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, uzun illər mina partlayışlarından əziyyət çəkəcəyik. Çünki mina təmizləmə məsələsi uzun prosesdir. Bu mənada insanlarımızı son dərəcə ehtiyatlı davranmağı tövsiyyə edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya