
Miqrantlar potensial təhlükə mənbəyi hesab edilir - RƏY
13:22 23.01.2025
Aktual
610
Dalğa böyüdükcə, Rusiyadan deportasiya olunan azərbaycanlıların da sayı artacaq
Rusiyanın Rostov vilayətində miqrantlara qarşı irimiqyaslı reydlər başlayıb.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, ən böyük reydlər Oqanova-Osobennoy rayonlarında keçirilir. “Eto Rostov novosti” Teleqram kanalı yazır ki, polis miqrantlara orduya çağırış vərəqəsi təqdim edir. Vərəqəni almaqdan imtina edənlər isə ölkədən çıxarılır.
Qeyd edək ki, miqrantların zorla orduya cəlb edilməsi və Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyada daxili sabitliyin pozulması ehtimalı vəziyyəti təhlükəli edir.

Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Plaforması” İctimai Birliyinin sədri Azər Allahverənovun da “Şərq”ə açıqlamasında dediyi kimi, miqrasiya sahəsində baş verən proseslər bu və ya digər formada ölkədə yaşayan bütün miqrantlara toxunur: “Bu il yanvarın 1-dən etibarən Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizədə daha sərt üsullardan istifadə edir.
Yeni qaydaların tətbiqi də məhz ona hesablanıb ki, ölkə ərazisində yaşayan qanunsuz miqrantların sayını minimuma endirsinlər. Rusiya hökuməti maksimum çalışır ki, yeni qaydalar tətbiq etməklə ölkə ərazisində yaşayan miqrantları ölkə iqtisadiyyatına və cəmiyyətinə daha çox fayda verəcək qrupa çevirsin. Müxtəlif mənbələrdə müxtəlif rəqəmlər qeyd edildiyi üçün hökumət ölkə ərazisində qanunsuz yaşayan milyonlarla miqrantın leqallaşdırılmasına, onların Rusiya vətəndaşlığı alması üçün əsaslar olmadıqda isə ölkə ərazisindən çıxarılmasına nail olmaq istəyir. Bu istiqamətdə atılan addımlar isə radikal görünür. Lakin hökumətin niyyəti və bu istiqamətdəki qətiyyəti tam aydındır. Rusiya hökuməti hesab edir ki, ölkədə yaşayan qanunsuz miqrantlar potensial təhlükə mənbəyidir. Son illər Rusiyada yaşanan xoşagəlməz hadisələr, xüsusən də terror aktlarında birbaşa və ya dolayı yolla miqrantların adının hallanması, onların proseslərdə iştirakı hökuməti bu cür sərt addımlar atmağa vadar edib”.
Millət vəkili bildirib ki, miqrasiya məsələsində selektiv siyasət yeritmək çətin olduğundan proses bütün miqrantlara təsir edir. Onun sözlərinə görə, Rusiya ərazisində qanunsuz yaşayan miqrantların bir çoxu ölkə ərazisini tərk etmək məcburiyyətindədir. Bunlar da o şəxslərdir ki, ölkə ərazisində qalmağa heç bir tutarlı əsasları yoxdur: “Lakin Rusiya ərazisində qalması üçün əsası olan şəxslərin müraciətləri dəyərləndirilir. Statuslarının leqallaşdırılması mümkün olan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamağa icazə verilir və ya qalma müddətləri uzadılır.
Yayılan məlumatlar fonunda deyə bilərəm ki, Rusiyadan deportasiya olunan şəxslər arasında Mərkəzi Asiya ölkələrinin vətəndaşları çoxluq təşkil edir. Sözsüz ki, aralarında Azərbaycandan olan miqrantlar da var. Bu da onu göstərir ki, dalğa böyüdükcə, Rusiyadan deportasiya olunan azərbaycanlıların sayı da artacaq”.
Rusiyada miqrantların zorla orduya cəlb olunmasına gəldikdə isə A.Allahverənov xatırladıb ki, Rusiyada əvvəllər mövcud olan qaydalara görə, Rusiya federasiyasının vətəndaşlığını alan şəxslər hərbi uçota durmadan ölkə ərazisində yaşaya bilirdilər: "Hətta əvvəllər vətəndaşı olduğu ölkənin silahlı qüvvələrində hərbi xidmət keçən şəxslər qeydiyyata düşsələr belə, hərbi xidmətə çağırılmırdılar. Lakin ötən ildən edilən dəyişikliyə görə, Rusiya federasiyasında vətəndaşlıq alan şəxslər mütləq şəkildə miqrasiya uçotuna durmalı, öz ölkəsində hərbi xidmət keçmiş olsa belə, Rusiyanın müvafiq qurumları hərbi xidmətə cəlb edə bilər. Lakin verilən məlumatlarda ilk dəfə hərbi xidmətə çağırılan şəxslərin müharibəyə cəlb olunmadığı, onların hərbi hissələrdə xidmət keçdikləri qeyd edilib. Kimlər ki zamanında hərbi xidmətdə olub və sonrasında Rusiya federasiyasının vətəndaşlığını əldə edib, miqrasiya uçotuna durubsa, həmin şəxslərin müharibəyə cəlb olunması ilə bağlı təhlükələr realdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol