“Moskva yekun süh müqaviləsinin imzalanmasını istəmir, çünki...”

“...Azərbaycanla müqavilənin imzalanması Rusiyanın “oyundankənar vəziyyət”ə düşməsi deməkdir”

“Cənubi Qafqazda təsir gücü azalacaq, sülhməramlılara ehtiyac qalmayacaq”


Ermənistanla münasibətlərdə maraqlı proseslər baş verir. Sərhəddə gərginlik var. Düşmənin təxribatları səngimir. Digər tərəfdən isə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yekun sülh müqaviləsinə hazır olduğunu deyib. Hər halda erməni fitnəsi qarşısında səbr kasamız dolmaqdadır. Və bundan ziyan görən, şübhəsiz ki, rəsmi İrəvan olacaq.



Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli baş verənləri “Sherg.az”a şərh etdi:

 “Bir neçə ehtimal var. Ola bilsin ki, təxribatlar Paşinyanın yox, Rusiyanın nəzarətində olan qüvvələrin rəhbərliyi ilə həyata keçirilir. İkinci variant isə budur: Paşinyanın Azərbaycan əks addıma atmağa sövq edir.

Çünki o, yekun sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da, erməni cəmiyyəti bunun əleyhinədir. Beləliklə, baş nazir vəzifəsini icra edən siyasətçi yeni ərazilər itirdikdən sonra cəmiyyəti fakt qarşısında qoyacaq, müqavilədən başqa yolunun olmadığını göstərməyə çalışacaq.

Onu da nəzərə almaq lazımdır ki, Paşinyan Qərbin hakimiyyətə gətirdiyi fiqurdur. Azərbaycanla müqavilənin imzalanması Rusiyanın “oyundankənar vəziyyət”ə düşməsi deməkdir. Çünki Cənubi Qafqazda təsir gücü azalacaq, sülhməramlılara ehtiyac qalmayacaq. Elə buna görə Moskva yekun süh müqaviləsinin imzalanmasını istəmir”.