Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib
15:38 10.07.2022
Aktual
497
Uzun müddət təşkilata sədrlik edən Ağadadaş Kərimov postundan istefa verib
Moskvanın Azərbaycan diasporuna yeni sədr seçilib.
APA-nın Rusiya bürosunun məlumatına görə, Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri vəzifəsinə iş adamı, xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, uzun müddət Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib. İyunun 10-da Muxtariyyətin hesabat seçki konfransı keçirilib. Muxtariyyətin Şura üzvləri və nümayəndələri tərəfindən yekdilliklə diaspor təşkilatına Bəxtiyar Həsənov sədr seçilib.
İyulun 1-də isə Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən Moskva Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin hesabat seçki konfransının nəticələri tanınıb və təşkilat rəsmi qeydiyyata alınıb.
B. Həsənov APA-ya müsahibəsində bildirib ki, Moskva Azərbaycanlılarının diaspor təşkilatının sədri kimi qarşıya qoyulan vəzifələrin nə qədər çətin və mühüm olduğunu dərk edir: “Uzun müddət Moskvanın Azərbaycan diasporundakı durğunluğa təşkilatımız son verəcək. Bunun üçün bizim komanda tərəfindən Milli Mədəni Muxtariyyətin inkişaf konsepsiyası hazırlanıb. Biz bir vahid komanda şəklində bu konsepsiya üzrə fəaliyyət göstərəcəyik. Komandamıza Moskvada yaşayıb fəaliyyət göstərən ziyalılar və iş adamları daxildir”.
Diaspor sədri təşkilatın Moskvada yaşayan bütün azərbaycanlıların üzünə açıq olduğunu da söyləyib: “Moskvada yaşayan həmyerlilərimizin problemləri ilə yaxından maraqlanacağıq. Bu sahədə əlimizdən gələni əsirgəməyəcik”.
B. Həsənov aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında iştirakından və Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyada azərbaycanlılarının qarşısına qoyduğu vəzifə və tapşırıqlardan da danışıb: “Şuşada Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında iştirak etmək bir azərbaycanlı kimi mənim üçün böyük bir şərəf idi. Biz uzun illər idi ki, Şuşaya həsrət qalmışdıq. Orada olmaq, oranın ab-havasını duymaq əlbəttə ki, sözlə ifadə ediləsi hisslər deyil. Qurultayda möhtərəm prezidentin diaspor qarşısında qoyduğu vəzifələrlə tanış olduq. Biz çalışacağıq ki, prezidentin qarşımıza qoyduğu bu tapşırıqları layiqincə yerinə yetirək”.
B. Həsənov diaspor təşkilatlarının dövlətlərarası münasibətlərin möhkəmlənməsində bir körpü rolunu oynadığını qeyd edib: “Ona görə də, biz diaspor təşkilatı olaraq fəaliyyətimizi elə quracağıq ki, bu, həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına xidmət etsin”.
Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Rusiyada diaspor-ictimai təşkilat modelinin köhnəldiyini də vurğulayıb: “Biz Milli Mədəni Muxtariyyət olaraq yeni diaspor təşkilatı modelini ortaya qoymağı düşünürük. Bu diaspor təşkilatının daha çox açıq, yəni ictimaiyyətə, xalqa, həmvətənlərimizə daha açıq, onların problemlərinin, bütün növ-sosial, maddi, mənəvi, hüquqi problemlərinin həllinə kömək edəcək yeni ictimai təşkilat modelini ortaya qoymağı planlaşdırırıq. Sizi əmin edirəm ki, bu, iddia kimi səslənsə də, bizdə bunu həyata keçirəcək potensial mövcuddur. Milli Mədəni Muxtariyyət olaraq Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rusiyadakı Səfirliyi və təbii ki, Moskvanın hakimiyyət orqanları ilə sıx təmasda çalışacağıq”.
Qeyd edək ki, Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin yeni sədri Bəxtiyar Həsənov 1974-cü ildə Azərbaycanın Ordubad rayonunda doğulub. Ali təhsillidir, ixtisasca şərqşünasdır. Hal-hazırda biznes fəaliyyəti ilə məşğul olan həmyerlimiz həm də Moskvada xeyriyyəçi kimi tanınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət