MSK bitərəf deputatların DSK üzvlüyünə namizədlərini təsdiqləyib

“Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən 375 nəfərin DSK üzvlüyünə namizədliyi irəli sürülüb”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında deyib.

Namizədlərin siyahısı səsverməyə çıxarılaraq qəbul edilib.