Müdafiə nazirlərinin Bakı toplantısında nələr müzakirə edildi?
Ayyət Əhməd
09:53 30.10.2019
Aktual
428
Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası zamanı nazirlər hərbi əməkdaşlığın inkişafına dair vəziyyəti analiz edib. Gələn il yaxın perspektivdə keçiriləcək birgə tədbirləri müəyyənləşdiriblər.
Sherg.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirləri Şurasının yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, iclasda iştirakçılar Suriyada döyüş əməliyyatları zamanı uçan pilotsuz aparatların hücumlarının qarşısının alınması təcrübəsi barədə informasiyanı dinləyiblər:
“MDB-yə üzv ölkələrin ortaq hava hücumundan müdafiə sistemlərinin planlı şəkildə inkişaf etdirilməsi məqsədilə Nazirlər Şurası gələn il üçün birgə tədbirlər planı təsdiqlənib. Həmçinin, ortaq sistemin sonrakı funksionallığı, hava-kosmik müdafiə hədəflərinin həllinə adaptasiyası üçün maliyyə aspektləri razılaşdırılıb.
Gələn il MDB ortaq hava hücumundan müdafiə qoşunlarının birgə kompüter komanda-qərargah təlimləri (Regional təhlükəsizlik-2020) keçiriləcək”.
Məlumata əsasən, Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarının layihələrini, radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını müzakirə ediblər.
İclasda “Beynəlxalq Ordu Oyunları – 2019”un nəticələri də müzakirə olunub. MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, beynəlxalq innovativ elmi ideyalar festivalının keçirilməsi, həmçinin, İkinci Dünya Müharibəsindəki Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirilib.
“MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclası zamanı qəbul olunan qərarlar MDB formatında çoxtərəfli əməkdaşlıq sisteminin təkmilləşdirilməsinə yönəlib və hərbi sahədə qarşılıqlı, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək” , - deyə məlumatda vurğulanıb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə