Mühacirlərin qayıtması iqtisadi problemlər yaradacaqmı? – ŞƏRH
Fidan Həmişəyeva
11:51 13.07.2021
Aktual
496
Almaniyada qanunsuz yaşayan və sığınacaq tələbi rədd edilən Azərbaycan vətəndaşlarının növbəti kütləvi deportasiyası gözlənilir. Ötən gün 30-a yaxın azərbaycanlı Münhen hava limanı yaxınlığındakı miqrasiya idarəsi tabeliyində olan, deportasiya ediləcək şəxslərin müvvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər. Adları deportasiya ediləcək şəxslərin siyahısında olan 10-dan çox şəxsin də axtarışları aparılır. Münhen polisi Azərbaycan vətəndaşlarının qaldıqları mənzillərə baş çəksə də, deportasiya ediləcək şəxsləri orada tapa bilməyiblər.
Məlumatda bildirilir ki, bu dəfə deportasiya ediləcək şəxslər 2016-2019-cu illərdə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər, indiyə kimi möhlət hüququ ilə yaşayanlar və ölkədə qalma müddəti bitən şəxslərdir.
Xatırladaq ki, cari il yanvar ayından indiyədək Almaniyada yaşayan Azərbaycan vətənaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib.
İqtisadçı-alim Nazim Bəydəmirli mövcud durum iqtisadiyyatımıza təsirləri və siyasi məsələ ilə bağlı olub-olmadığına dair fikrilərini “Sherg.az”la bölüşüb. Onun sözlərinə görə, hər bir ölkənin miqrasiya qanunvericiliyi həmin ölkə vətəndaşlarının marağına xidmət etməlidir:
“Təbii ki, beynəlxalq konvensiyalara uyğun olaraq müəyyən ölkələrdə siyasi səbəbdən sığınacaq almış şəxslərin də hüquqları var. Nə üçün vətəndaşlarımız Avropa məkanlarına daha çox üz tuturlar? Çünki insan və hüquq azadlıqları orada daha çox qorunur, yaşam şəraiti yüksəkdir. Bu baxımdan insanlar daha yaxşı şəraitdə yaşamağa üstünlük verirlər. Hətta bölgələrimizdə qeydiyyatda olan şəxslərin yarısı Bakı və Bakı ətrafında məskunlaşıblar. Bu da yaşam şəraitinin daha yüksək olması ilə bağlıdır. Ona görə də bütün hökumətlər vətəndaşların yaxşı yaşaması üçün çaba göstərməlidirlər. Sosial müavinətlərin yüksək olması, qaçqın və məcburi köçkünlərin tez iş tapması üçün Almaniya cəlbedici ölkədir”.
N.Bəydəmirli hesab edir ki, mühacirlərin geri qayıtması Azərbaycan iqtisadiyyatına əlavə problemlər yaratmayacaq:
“Ancaq həmin insanların nə üçün xarici ölkəyə getmə səbəbi aradan qaldırılmalıdır ki, vətəndaşlarımız burada yaşasınlar, iqtisadiyyatımıza qatqı versinlər. Hətta Rusiyaya iqtisadi mühacirətə gedənlərin sayı olduqca çoxdur. Rusiyadan da müxtəlif yollarla daha yaxşı ölkələrə gedirlər. Bu durumun qarşısı qanuni və təşviq yolları ilə alınmalıdır. Həmin vətəndaşları qınamağın tərəfdarı deyiləm.Belə praktikadan imtina edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol