Muzdlu terrorçunun məhkəməsi: “Arvadı ifadəsində etiraf edib ki...”
Banuçiçək Kalbalıyeva
10:05 11.06.2021
Aktual
716
“...Bizə qarşı pulla döyüşürdülər”
“Həmin şəxsin telefonundakı kadrlar da onun terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyir”
Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin vəkilinin müdafiə çıxışı, V.Eulcekcianın son sözü və ona hökm oxunması gözlənilir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsin azadlıqdan 20 il məhrum edilməsini istəyib.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə “Sherg.az”a açıqlamasında həmin şəxsin layiqli cəzanı alacağına inandığını dedi:
“Eulcekcian Viken Abraham Qarabağ müharibəsindən sonra məhkəməyə çıxarılan ilk muzdlu terrorçudur. Muzdluluq müharibə cinayətidir. Və bütün ölkələrdə olduğu kimi, Azərbaycanda bu əməlin hüquqi məsuliyyəti var. Məlum olduğu kimi, ermənilər savaş dövründə dezinformasiyalar yayır, Azərbaycan tərəfindən muzdluların döyüşdüyünü deyirdilər. İndi göründü ki, bu, belə deyil. Həmin şəxsin telefonundakı kadrlar da onun terrorçuluq fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyir. Eyni zamanda snayperçiliklə məşğul olan Eulcekcian Viken Abrahamın arvadı ifadəsində etiraf edib ki, bizə qarşı pulla döyüşürdülər. Düzdür, məhkəmənin işinə qarışmaq olmaz. Lakin muzdlu terrorçuların müvafiq maddələr üzrə layiqli cəzasını alacağına ümid edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol