Nahaqqa haqq qazandırmaq siyasəti yürüdürlər - Nəticə verməyəcək!
Yusif Nəzərli
14:09 05.10.2023
Aktual
514
AB hüquq sektorunda islahatları davam etdirmək üçün Ermənistana 11 milyon avro ayıracaq.
Avropa Komissiyası ilə müvafiq saziş cümə axşamı hökumətin iclasında təsdiqlənib və parlamentə gedəcək.
Proqrama hakimlərin, eləcə də prokurorların və müstəntiqlərin peşə etikasının yoxlanılması üçün beynəlxalq meyarların tətbiqi daxildir. Cinayət prosesində və korrupsiyaya qarşı mübarizə qurumlarının işində də bir sıra islahatların aparılması nəzərdə tutulur.
AB-nin və digər dünya ölkələrinin son zamanlar islahatlar üçün Ermənistana ayırdığı vəsait çoxalıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Nəsirov müasir dünyada ölkələrin artıq ikili standartlara uyğun əlaqə qurduğunu vurğulayıb:
“Dünyada ədalət hissi son dərəcə zəifləyib. Beynəlxalq hüquq işləmir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında aparıcı rola malik olan dövlətlər əksinə onu pozan tərəfə çevriliblər. Bu, reallıqdır. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana AB-nin 11 milyon avro vəsait ayırması bunun növbəti sübutudur. Onlara bu humanistliyi zamanında Azərbaycana nə üçün göstərmədikləri sualını vermək lazımdır. Hətta əksinə bəzi AB ölkələri öz gücü hesabına azad etdiyi torpaqlarına görə sanksiyalar tətbiq etməyə çalışır. Bütün bu proseslərin başında isə Fransa Prezidenti Emanuel Makron dayanır. Onlar haqqdan ədalətdən uzaq, nahaqqa haqq qazandırmaq siyasəti yeridirlər. Bunlar heç bir nəticə verməyəcək. Çünki Azərbaycan haqq yolundadır. Azərbaycanın güclü Lideri, ordusu, xalqı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm