Nazirin bəyanatı diqqətə alınmalıdır!- “Rusiya və İranın radio, televiziya siqnallarının qarşısı alınsın”
Yusif Nəzərli
13:23 08.02.2022
Aktual
594
“İran kanallarının Azərbaycanın cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır”. Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:
“Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunun real effektini görəcəyik”.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən İranın keçmiş informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Yaromi (Mohammad-Javad Azari Jahromi) bildirmişdi ki, bu sahədə ortaq işçi qrupu yaradılıb və fəaliyyət həyata keçirilir.
“Biz dünya standartlarına uyğun olaraq 2,5 kilometrlik şüa nəzərdə tuturuq. Həmin məsafədə tezliklərə nəzarət etməliyik. İranla Azərbaycanın 370 kilometrlik sərhədi var, yalnız Ərdəbil vilayəti istiqamətində İran tərəfdə 180 kənd var. Düzdür, bu sahədə işlər görülüb və tezliklərə müdaxilələr azalıb, amma 2,5 kilometrlik məsafədə insanlar yaşayır və onlar yenə də müəyyən problemlərlə üzləşirlər. İşçi qrupu davamlı olaraq işləyir və vəziyyətin yaxşılaşdırmasına çalışır. Tezlik belə deyil ki, ona bu nöqtədən o tərəfə keçmə deyilsin, bu, dalğadır. Amma ona nəzarət etmək lazımdır”, - Məhəmməd Cavad Azəri Yaromi qeyd etmişdi.
Tezliklərin ləğv edilməsi ilə bağlı “Sherg.az”a danışan teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli qeyd edib ki, nazirin bəyanatı diqqətə alınmalıdır:
“Bu məsələ çox aktualdır. Çünki uzun müddətdir ki, İrandan Azərbaycana həm televiziya kanalları, həm də radio siqnalları keçir. Xüsusilə cənub zonasında bunlar əhalinin dinlədiyi, baxdığı informasiya resurslarından biridir. Amma bunun qarşısı alınmalıdır. İlk növbədə ona görə ki, istənilən dövlət özünün informasiya məkanın təhlükəsizliyini qorumalıdır. İnformasiya təhlükəsizliyi baxımından bizim məkanımiza əlavə və zərərli məlumatların daxil olmasının qarşısını almalıyıq. Məsələn, İranın özü Azərbaycandan gedən radio və televiziya siqnallarının qarşısını almaq üçün sərhəd boyu təxminən 20 məntəqədə dalğaları vuran xüsusi qurğular quraşdırıb. Bunların sayı və keyfiyyəti getdikcə artırılır. Ona görə Azərbaycan da qarşılıqlı addımlar atmalıdır. Hesab edirəm ki, hələ bu addım bir qədər gecikib. Çünki neçə müddətdir, bu barədə danışılır, amma konkret tədbirlər təəssüf ki, görülmür”.
Professor ölkə boyunca yayımların keyfiyyətinin yaxşılaşdırılmasını vacib amil olduğunu vurğulayıb:
“Cənub bölgəsində, eləcə də şimal bölgəsində, Rusiya və İrandan gələn radio və televiziya siqnallarının qarşısını almaqla yanaşı, o bölgələrdə Azərbaycanın radio tezliklərinin keyfiyyəti də yaxşılaşdırılmalıdır. Rəqəmsal və HD formata keçid nisbətən bunu təmin edə bilər. Çünki bölgələrdə faktiki olaraq, Bakı radiolarını dinləmək olmur. Yeganə yayıla bilən radio İctimai radionun verilişləridir. Qanuna görə, bütün ölkə ərazisində yayımlanması təmin olunmalıdır. Ona görə də biz əhalini keyfiyyətli informasiya ilə təmin etmək üçün, onları zərərli məlumatlardan qorumaq üçün mütləq öz informasiya məkanımızın təhlükəsizliyini qorumalıyıq. Zənn edirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu işin öhdəsindən gəlməyə qadirdir. Biz arzulayırıq ki, bu proqram tezliklə həyata keçirilsin”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət