Nazirlik rəsmisi canavar hücumlarının əsas səbəbini açıqladı
12:08 08.11.2019
Aktual
505
Dünyada çox az sayda ölkələrda, o cümlədən, Azərbaycanda heyvanları saxlamaq qaydalarına riayət edilmir. İnsanlar heyvanları açıb buraxır, sonra da canavar onlara hücum edir.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır:
“Bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır. Bu, heç də canavarların sayının çox olması ilə bağlı deyil.
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsini digər səbəbi yaşayış məntəqələrinin sayının artması və yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır”.
H.Əlizadə bildirib ki, azsaylı ölkələrdə meşələrdə heyvanlar üçün yem qoyulması halı olur:
“Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də meşəyə heyvanlar üçün yem qoymağı effektiv saymıram. Burada insanlar daha məsuliyyətli olmalıdır. Bu yaxınlarda Zaqatalada canavarın qoyunlara hücum etməsi halı olub. Araşdırdıq ki, fermerlər toya gedib, heyvan yiyəsiz qalıb”.
“Heyvanları qorumaq üçün elektrik çəpərindən istifadə oluna bilər. Canavarların sayı təhlükəli həddə çatarsa, o zaman nazirlik tərəfindən müdaxilə oluna bilər”, - deyə direktor qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət