İsrail Baş naziri Benyamin Netanyahu İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” Hərəkatına (husilər) qarşı mübarizə üçün ərəb ölkələrinə yardım təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” nəşri ABŞ-nin diplomatik mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, bu, İsrailin husilərin Qırmızı dənizdə gəmi marşrutlarında və Bab əl-Məndəb boğazında həyata keçirdiyi fəaliyyətlərə qarşı daha geniş regional səylərə qoşulmağa hazır olduğunun göstəricisi ola bilər.