
Osman Gündüz: Seçkidə qismən elekton səsvermə tətbiq edilə bilər
Yusif Nəzərli
04:17 12.01.2024
Aktual
677
"Az sayda məntəqələrdə olsa da, vətəndaşların elektron formada səsvermədə iştirakını sınaqdan keçirmək faydalı və doğru olardı"
Uzun illərdir ki, Estoniyada, bir neçə ildir ki, Rusiyada, son illərdə isə hətta Gürcüstanda, Qazaxıstanda pilot layihə də olsa müxtəlif səviyyəli seçkilərdə elektron səsvermə təşkil olunur. Yəni bu ölkələrdə məhdud sayda seçicilər (Estoniyada xeyli sayda vətəndaşlar, Rusiyada müəyyən vilayətlər, Gürcüstanda -100 məntəqə) seçki məntəqəsinə getmədən, müxtəlif üsullarla identifikasiya olunaraq səsvermə prosesində elektron formada iştirak edirlər.
Bizdə vəziyyət necədir? Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi?
Mövzuya aydınlıq gətirən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün "Sherg.az"a sözlərinə görə, MSK elektron səsvermə ilə bağlı bir açıqlama verməyib. Ötən seçkilərdə isə MSK rəsmiləri bu məsələnin nəzərdən keçirildiyini bildirmişdilər. Hətta xatırlayıram ki, 2000-ci illərdə buna cəhdlər oldu, lakin sonralar bu proses davam etdirilmədi.
Son illər Azərbaycanda rəqəmsal transformasiya sahəsində bir xeyli irəliləyiş olduğunu vurğulayan O.Gündüz MSK-nın da bir xeyli təkmil rəqəmsal xidmətləri olduğunu qeyd edib:
“Ən əsası isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların identifikasiyası üçün SİMA rəqəmsal imzanı istifadəyə verib. SİMA bir çox sahələrdə artıq tam formada istifadə edilir. Düşünürəm ki, biometrik texnologiyaya əsaslanan bu identifikasiya vasitəsindən istifadə etməklə az sayda məntəqələrdə olsa da, vətəndaşların elektron formada səsvermədə iştirakını sınaqdan keçirmək faydalı və doğru olardı. Fikrimcə, MSK və RİNN bunu reallaşdıra bilərdi”.

O.Gündüz prezident seçkilərində məntəqələrin veb-kamera ilə təminatı məsələsinə də toxunub. Azərbaycanda indiyədək təxminən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıldığını xatırladan AİF prezidenti deyib ki, bu proses regionda ilk dəfə olaraq Azərbaycanda reallaşmışdı.
Seçkilərin müşahidəsi üçün bu texnologiya da mühüm əhəmiyyət kəsb edir.
Görəsən, bu il MSK neçə məntəqədə veb-kamera quraşdıracaq? Hələlik MSK bunu açıqlamayıb:
“Onu deyim ki, son 3 ildə RİNN-in “Onlayn Azərbaycan” layihəsi çərçivəsində hətta ən ucqar ərazilərə fiber-optik xətlər çəkilib. Ölkə üzrə nəhəng fiber optik infrastruktur qurulub.
Yəni nəinki seçki dairələri, hətta kəndlərdə və ucqar ərazilərdəki çox sayda seçki məntəqələri üçün də artıq keyfiyyətli internet əlçatandır.
Eyni zamanda statistikadan görünür ki, Elm və Təhsil Nazirliyi də son bir neçə ildə əvvəlki illərdən qat-qat çox məktəbi genişzolaqlı internetlə təmin edib. Məntəqələr də adətən məktəblərdə yerləşir.
Buradan belə qənaətə gəlmək olar ki, MSK veb-kamera ilə təmin edilən seçki məntəqələrinin sayına yenidən baxa bilər.
Yalnız rayon və şəhər mərkəzlərində yerləşən məntəqələri deyil, artıq kəndlərdə yerləşən seçki məntəqələrini də veb-kameralarla təmin etmək faydalı olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm
SON DƏQİQƏ: Baxçalı “Terrorsuz Türkiyə” qanunu üçün TBMM-də
14:01 10.08.2026
Gündəm
İran XİN-dən Ər-Riyad, Ankara və İslamabadın sazişinə reaksiya
13:47 10.08.2026
Siyasət