
Parlamentari: Rusiya imperialist siyasətin əsirinə çevrilib
12:54 04.07.2025
Aktual
504
Azərbaycanlılara qarşı qeyri-insani münasibət göstərərək Azərbaycan dövlətinə təzyiq etmək cəhdləri uğursuzluğa məhkumdur
Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantları narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar.
Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-rusların bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bəzi məmurlar bu mövzuda özlərini qəhrəmanlaşdırmağa çalışırlar.
Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir.
Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a bildirib ki, Rusiya zaman-zaman miqrantlara qarşı aqressiv davranır və beynəlxalq hüquq normalarını pozaraq onları daim təzyiq altında saxlayır:

"Bu, ilk növbədə Rusiyanın miqrantlara və digər millətlərə yuxarıdan aşağı baxmasının göstəricisidir. Eyni zamanda Rusiyada, bəzən hakimiyyət dairələrinə qədər, hələ də şovinist düşüncə və istəklərlə yaşayanlar mövcuddur. Olar öz imperialist siyasətlərinin əsirinə çevriliblər. Bəzi dairələr, xüsusilə hakimiyyətə yaxın olan çevrələr, bu düşüncənin bərpasını istəyir və zaman-zaman bu fikirləri açıq şəkildə ifadə edirlər. Onların əsas məqsədi miqrantlar vasitəsilə həmin şəxslərin mənsub olduqları ölkələrə təzyiq göstərməkdir. Bu təzyiqin vasitələrindən biri də miqrantlara qarşı sərt və qeyri-insani davranışlardır. Nəticədə bu insanlar siyasi alətə çevrilirlər. Bu gün Rusiya dərk etməlidir ki, dünya dəyişib. Xüsusilə Azərbaycana münasibətdə Rusiya başa düşməlidir ki, ölkəmiz müstəqil siyasət yürüdür, özünün müstəqil iqtisadi kursuna malikdir və beynəlxalq hüquq normalarına daim yüksək səviyyədə riayət edir. Eyni zamanda Azərbaycan digər millətlərə, xalqlara və dini azlıqlara qarşı dözümlü və tolerant münasibət nümayiş etdirir. Digər tərəfdən, Azərbaycanın iqtisadi inkişafı onun güclü ordusunda da öz əksini tapır. Dövlətimizin öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə qadir olan qüdrətli ordusu var və bu, hər kəsə məlumdur".
Deputat əlavə edib ki, hər bir dövlət üçün ciddi siqnal olmalıdır ki, Azərbaycanla təzyiq və ya güc dili ilə danışmaq mümkün deyil:
"Çünki Azərbaycan artıq dünya iqtisadiyyatı və siyasətində əhəmiyyətli rol oynayır. Orta dəhliz üzərində yerləşməsi ona strateji üstünlüklər qazandırır və ümumilikdə Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi günü-gündən artır. Buna görə də azərbaycanlılara qarşı qeyri-insani münasibət göstərərək Azərbaycan dövlətinə təzyiq etmək cəhdləri uğursuzluğa məhkumdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə