
Paşinyan erməni xalqının nəbzini yoxladı! – Daxili auditoriya sülhə hazır deyil?- ŞƏRH
Paşinyan erməni xalqının nəbzini yoxladı! – Daxili auditoriya sülhə hazır deyil?- ŞƏRH
Yusif Nəzərli
11:55 15.09.2022
Aktual
609
Ermənistan parlamentinin bugünkü iclası hakim partiyanın deputatlarından heç birinin parlamentə gəlmədiyinə görə baş tutmayıb. Bu barədə “Ermənistan” fraksiyasından olan deputat Aram Vardevanyan özünün feysbuk hesabında canlı yayım zamanı məlumat verib : “Həmişə hakimiyyətin xalqa məxsus olduğunu bəyan etmələrinə baxmayaraq, “Vətəndaş Razılaşması” fraksiyasının deputatlarından heç biri parlamentdə görünmədi. Xalq bu gün tələbini irəli sürdü, amma onlar xalqın tələbini yerinə yetirmədilər”. Daha öncə isə “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan hakim fraksiya nümayəndələrini Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan edilməsi prosesinə qoşulmağa çağırıb.

Hərbi-siyasi ekspert Həşim Səhrablı məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Paşinyan dünənki açıqlamasında öz xalqına sülh müqaviləsi imzalamaqla Ermənistan ərazisi kimi tanınan torpaqları qoruya biləcəyini diqtə edib və erməni xalqının nəbzini yoxlayıb:
“Bununla Nikol həm də dünyaya Ermənistan hakimiyyətin sülh istədiyini, lakin ölkə ictimaiyyətinin buna hazır olmadığını göstərməyə çalışdı. Bütün bunları nəzərə alsaq, sözügedən parlament iclasının baş tutmaması çox təbii haldır. Hazırda iqtidar partiyası nə qədər çox olsa da, dünən bir andaca on minlərlə insan iqtidar əleyhinə küçələrə toplaşdı. Onlar bildirdi ki, iqtidar indiki halda heç bir sənədə imza atmamalıdır. Bunların fonunda Paşinyan düzgün qərar verməyə çalışır. Digər tərəfdən rəsmi İrəvan KTMT məsələsini gündəmə gətirməklə möcud gedişatda nələrisə dəyişəcəyinə ümid etdi. Anlamadı ki, sərhədlərin delimitasiyasının tamamlanmadığı, hər iki tərəf bir-birinin sərhədlərini tanımadığı bir vaxtda kənar qüvvələr onların köməyinə gələ bilməz. Əksinə Azərbaycan Ordusu apardığı hərbi əməliyyatları daha da genişləndirə bilər. Qazaxıstan dövləti dünən çox gözəl bir açıqlama verdi. Bildirdi ki, Ermənistan - Azərbaycan sərhədləri bəlli deyil və buna görə biz KTMT-ni münaqişəyə qata bilərik. Bu olduqca önəmli məqamdır. Paşinyan bütün bunların fərqindədir. Amma daxili auditoriyanı nəzərdən keçirəndə görür ki, bunu xalqına izah edə bilməyəcək. Ermənilər əzəldən revanşist siyasəti dəstəkləyirlər. İndi ona görə də hakim partiya Ermənistanda ciddi araşdırmalar aparıb vəziyyəti dəyərlərdirməyə çalışacaq. Hazırda rəsmi İrəvan mövcud situasiyadan Ermənistanın minumum zərərlə çıxması üçün baş sındırır. Vəziyyətin belə davam etməsi isə bizə sərf edir. Çünki hərbi əməliyyatlara tamamilə biz nəzarət edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media