
Paşinyan istərdi ki, onlar da Qarabağda olsunlar - ŞƏRH
Yusif Nəzərli
12:37 11.10.2023
Aktual
690
Qarabağın satqın "prezidentlərinin" simvolik və biabırçı sonu Ermənistan və Azərbaycan tarixinin salnaməsinə düşəcək.
"Sherg.az" Axar.az-a istinadən bildirir ki, bunu erməni fəal Usik Markosyan deyib.
"Eyni vaxtda (toplu şəkildə) üç keçmiş "prezident" həbs edilib:
Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan. Ən əsası isə onlar düz sülhməramlı qüvvələrin qərargahında qandallandılar. Gülməli, həm də üzücüdür ki, bu, ermənilərin deyil, azərbaycanlıların uğurudur. Qarabağın ilk "prezidenti" Robert Köçəryanın bu siyahıda olmaması da təəssüf doğurur. Ümid edək ki, heç olmasa, Ermənistan ona qandal vuracaq", - o bildirib.
Usik Markosyanın fikirlərinə münasibət bildirən politoloq Rusif Məmmədsoy "Sherg.az"a söyləyib ki, ermənilərin nə deməsindən asılı olmayaraq ümumiyyətlə bölgədə proseslərin hansı mənzərədə davam etməsi hər kəsə bəllidir:

"Xüsusilə də, bu müstəvidə Azərbaycanın uğurlarını heç bir halda gözardı etmək olmaz. Bu gün Azərbaycan nəinki qondarma "Dağlıq Qarabağ" respublikasını ləğv etdi, eyni zamanda onların indiki və keçmiş "prezident"lərinin də əlinə qandal vuraraq Bakıya gətirdi. Bunlar bəlkə də misli görülməmiş hadisələrdir. Bunu isə Azərbaycan ordusu və hakimiyyətinin siyasi iradəsi həyata keçirir. Separatçılar arasında Ermənistana tərəf qaça bilən şəxslər özlərini azad olunmuş kimi hiss edirlər. Əgər onlar Azərbaycanın bugünkü sərhədləri daxilində olsalardı, bizim qanunlar qarşısında cavab verməli olacaqdılar. Xüsusilə Robert Köçəryanı və Serj Sarkisyanı da bu siyahıya aid etmək olar. Həmin insanların indi Ermənistandan gətirilərək həbs edilməsinin nə qədər real olduğunu söyləmək çətindir. Amma onların törətdikləri cinayətə görə haqqlarında axtarış verə bilərik. Robert Köçəryan və Serj Sarkisyan canlarını hələlik qurtara bidikləri üçün sevinirlər. Bu gün Nikol Paşinyan da bu şəxslərin Qarabağda olmasını arzu edərdi. Çünki Azərbaycan onları da sıradan çıxarsa, Paşinyana qarşı formalaşan radikal müxalifətin nəfəsi kəsilmiş olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya