Paşinyanın bircə yolu var:"Onu etməsə, vəziyyəti ağır olacaq”
Banuçiçək Kalbalıyeva
12:57 24.06.2021
Aktual
503
Qarabağda yaşayan ermənilər Xankəndi şəhərinin mərkəzi meydanına toplaşaraq mitinq keçiriblər. Etirazçılar qondarma rejimin rəhbəri Arayik Arutunyanın istefasını tələb ediblər. Mitinqə toplaşanlar A.Arutunyanın Qarabağdakı ermənilərinin mövqeyini əks etdirmədiyini bildiriblər. Aksiya iştirakçıları onu 44 günlük müharibə zamanı erməniləri aldatmaqda ittiham edib və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan kimi “kapitulyant”, yəni “təslimçi” adlandırıblar.
Mitinqə toplaşanlar “Araik, rədd ol!”, “Araik satqındır!” şüarlarını səsləndiriblər. Qondarma rejimin nümayəndələrindən Artak Beqləryan etirazçılara Arutunyanın Xankəndidə olmadığını və onun Ermənistandan Qarabağa iyunun 22-də qayıdacağını deyib. Özünü “Hadrutun işğaldan azad edilməsi” adlı təşkilatın rəhbəri kimi təqdim edən Meri Davtyan və David Avanesyan adlı Xankəndi sakini isə Arutunyanın istefası tələbi ilə aclıq aksiyasına başlayıb. Araikin rəqibləri iyunun 22-si saat 19:00-dan etibarən mitinqləri davam etdiriblər. Etirazların əsas səbəbi kimi Araik Arutunyanın Nikol Paşinyanı növbədənkənar parlament seçkilərindəki qələbə münasibətilə təbrik etməsi göstərilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövcud vəziyyəti “Sherg.az”a təhlil etdi:
“Robert Köçəryan və tərəfdarları Ermənistandakı məğlubiyyətin intiqamını Qarabağda almaq istədilər. Amma artıq sakitlikdir. Araiki devirmək üçün lazımi qüvvə yoxdur. Həm də bu, bizim üçün hansısa əhəmiyyət kəsb etmir. Separatçının yaxşısı, pisi olmur. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da. Hər halda ciddi nəticənin əldə ediləcəyinə inanmıram. Hətta Araik devrilsə belə, onun yerinə gələn adam Qarabağdakı erməniləri idarə edə bilməyəcək”.
E.Şahinoğlu, həmçinin Paşinyan iqtidarının gələcək taleyindən danışdı:
“Onun üçün hansısa təhlükə olduğunu düşünmürəm. Birincisi, Köçəryanla arasındakı səs fərqi kifayət qədər çoxdur. Bu, Paşinyana manevr imkanları verir. Eyni zamanda, Qərb, hətta Paşinyanı dəstəkləyən Rusiya belə, hazırkı baş nazirin hakimiyyətini tanıdı. Əsas məsələ iqtidarın Azərbaycan və Türkiyə ilə münasibətləri necə quracağıdır. Əgər daxildə inkişaf istəyirlərsə, sülh yolu seçməlidirlər. Paşinyan bunu etməsə, vəziyyəti ağır olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
13:19 11.05.2026
Cənubi Qafqaz