Bu gün “Şərq Tv”-nin “Düzünü deyək” verilişinin növbəti qonağı keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn olub.
O, tamaşaçılardan birinin “Niyə istefa verdiniz?” sualını belə cavablayıb:
"Həmin vaxt Rəsul Quliyev artıq Naxçıvanda idi. Hakimiyyət bölgüsü təklif olunurdu. Bunun real olduğunun nümayişi kimi mən iyunun 7-də prezident aparatında istefa verdiyimi açıqladım. Məqsəd Heydər Əliyev və tərəfdarlarının hakimiyyət bölgüsü məsələsinin ciddi olduğunu göstərmək idi".