Peşəkarlar susduqca diletantlar meydan sulayır
Turan
07:22 05.08.2021
Aktual
569
Sinəsi qundaq görməyənlər hərb sənətinin, ən müasir hərbi texnika və silah-sursatın “sağından vurub, solundan çıxırlar
“Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkələrdə yayılan dezinformasiya xarakterli məlumatların doğurduğu fəsadlar bəziləri üçün yetərli olmayıb”.
Bu barədə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Baş redaktor bildirib ki, yenə də Azərbaycan ordusu sosial şəbəkə “ekspert”lərinin, qaradan başqa rəng tanımayanların, kin və aqressiyalarını püskürmək üçün ünvan axtaranların hədəfinə çevrilib: “Peşəkarlar susduqca diletantlar meydan sulayır.
Sinəsi qundaq görməyənlər hərb sənətinin, ən müasir hərbi texnika və silah-sursatın “sağından vurub, solundan çıxırlar”. Bizə tariximizin ən böyük qələbəsini yaşadan, qürurumuzu üçrəngli bayrağımız kimi göylərə qaldıran müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın müəyyənləşdirdiyi strateji inkişaf planına uyğun olaraq genişlənir və tamamilə yeni bir mərhələyə qədəm qoyur.
Azərbaycan ordusu dünyanın ən güclü hərbi birləşmələrindən sayılan Türkiyə Silahlı Qüvvələrinin modelində yenidən formalaşdırılır”.
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan ordusu bütün dövrlər üçün ölkənin və bölgənin təhlükəsizliyini təmin edə biləcək hala gətirilir:
“Bu baxımdan, yüksək peşəkarlar tərəfindən həyata keçirilən prosesi dəstəkləməyin ən doğru yolu, verilən qərarların ətrafında əsassız iddialarla müşayiət olunan müzakirələr açmadan nəticəni gözləməkdən ibarətdir. Əks təqdirdə pusquda dayanan hiyləgər düşmənə ağır məğlubiyyətdən doğan sarsıntıdan çıxmaq imkanı yaratmış oluruq. Elə bir imkan ki, Ermənistanın kapitulyasiyasından sonra, bu ölkənin ənənəvi və qeyri-ənənəvi himayəçiləri də buna nail ola bilməyiblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə