Prezidentdən Gəncə ilə bağlı göstəriş: Hazırlıq başladı
17:57 19.02.2020
Aktual
438
Prezident İlham Əliyevin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işini davam etdirir.
Komitədən bildirilib ki, əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının Komitə tərəfindən hazırlanması prosesinə 2020-ci ildə start verilib. Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək. Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərin iştirakı ilə bu həftə komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub.
Görüşdə şəhərin yol-nəqliyyat infrastrukturunun, mühəndis-kommunikasiya sisteminin, ətraf mühitinin, ekoloji durumunun və ictimai məkanlarının inkişafına dair konsorsium üzvlərinin ilkin yanaşmaları təqdim olunub. Eyni zamanda, layihənin icra qrafiki, habelə Gəncənin bugünkü çağırışları, gələcək siması və inkişaf hədəfləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
İmzalanmış müqaviləyə əsasən, Baş planın hazırlanması layihəsinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq ilkin mərhələdə Gəncə şəhərinin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılıb.
Bununla yanaşı, komitə tərəfindən Baş planın hazırlanmasına cəlb edilən yerli və beynəlxalq ekspertlərin Gəncəyə səfəri də təşkil olunub. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhərin inkişafında iştirak edən aidiyyəti dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mövzuya dair ilkin müzakirələr aparılıb, şəhər infrastrukturuna yerində baxışlar təmin edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı, Gəncə və ölkənin bir çox digər şəhərlərinin sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan baş planların hazırlanması üzrə kompleks fəaliyyətini davam etdirir. Bu istiqamətdə işlərin müəyyən olunmuş müddətlər çərçivəsində və yüksək peşəkarlıqla görülməsi məqsədilə komitə bütün resurslarını səfərbər edib prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və aparıcı beynəlxalq standartlara uyğun təşkili üçün bütün səylərini əsirgəməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət