“Qazaxıstan, Qırğızıstan imkan verməz ki, KTMT qoşunları Azərbaycanda...” - AKTUAL
Yusif Nəzərli
15:12 14.09.2022
Aktual
930
13 Sentyabrda KTMT-nin iclasında Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib. Videokonfrans formatında olan qapalı tədbir Ermənistanın təklifi ilə keçirilib. 14 sentyabrda isə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirmək və dövlət başçılarına hesabat hazırlamaq üçün baş katib Stanialav Zasın başçılığı ilə təşkilatın missiyasını Ermənistana göndərmək barədə razılığa gəlib. Bu barədə KTMT katibliyi məlumat yayıb.
Bu barədə “Sherg.az”a danışan analitik Turab Rzayev bildirib ki, hazırda Ermənistan ciddi cəhdlə KTMT-ni münaqişəyə qatmağa çalışır:
“Birinci dəfə deyil ki, bu hal baş verir. Bundan öncə də biz oxşar əməllərin şahidi olmuşuq . Ermənistan əksər hallarda Rusiyanı və KTMT-ni münaqişəyə qatmaq niyyətində olsa da, alınmayıb. İndi o yenidən buna cəhd edir. Aydın məsələdir ki, bu, bizim üçün qəbuledilməzdir. Çünki Azərbaycan -Ermənistan münaqişəsi lokal xarakterli bir konfliktdir. Bizim ərazi bütövlüyümüz uğrunda gedən mübarizədir. Burda Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir müddəa olmadığına görə KTMT-nin hər hansı şəkildə məsələyə müdaxilə etməsi yolverilməzdir.
Əlbəttə ki, KTMT daxilində Azərbaycana simpatiyası olan Qazaxıstan, Qırğızıstan kimi qardaş türk ölkələri var. Onlar KTMT-nin hansısa qoşun birləşməsinin ərazimizdə yerləşdirilməsinə icazə verməyəcəklər. Belarusdan analoji mövqeni gözləmək olar. Rusiyanın özünün də belə bir hədəfi olmadığı bəlli olur. Burda Ermənistanın bir hədəfi KTMT-dən hərbi yardım almaqdırsa, digər hədəfi Rusiya üzərində təzyiq qurmaqdır. Ermənistan hakimiyyəti öz cəmiyyətinə göstərməyə çalışır ki, rus ordusu Qarabağ müharibəsində də, indi də bizi yanlız buraxdı. Biz KTMT-yə dəfələrlə müraciət etsək də , yardım etmədilər. O zaman rus əsgərləri Ermənistandan çıxmalıdır.
Sirr deyil ki, Paşinyanın ilk hədəflərindən biri də Qərbə inteqrasiya üçün Ermənistanı rus ordusundan qurtarmaqdır. İndi KTMT-yə müraciət edən Nikol həm də özünün bu hədəfinə doğru addımlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq