Qiymətləndiricilər Palatasının sədrinin seçilməsi qaydaları müzakirə edilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycanda yaradılması gözlənilən Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi qaydaları müzakirə edilib.

“Report”un xəbərinə görə, komitə sədri Tahir Mirkişili bildirib ki, qanunvericilikdə sədrinin açıq səsvermə yolu ilə seçilməsi təklif edilir.

"Bu isə müəyyən dərəcədə konfliktlərə, bir çox hallarda təzyiqlərə, səsvermənin gedişinə maneə olan halların ortaya çıxmasına səbəb ola bilər. Təklifimiz ondan ibarətdir ki, səsvermə qapalı olsun, qanunvericilikdə "açıq səsvermə" ifadəsinin qarşısından “açıq” sözü çıxarılsın. Onun açıq və yaxud qapalı olacağını gələcəkdə müvafiq icra hakimiyyəti orqanı müəyyən edə bilər”, - deyə o qeyd edib.