
Rus sülhməramlılar nə vaxta qədər torpaqlarımızda qalacaq? - Analiz
Yusif Nəzərli
12:05 05.10.2023
Aktual
580
Rusiya sülhməramlıları 2023-cü ilin noyabrın 1-dək Qarabağı tamamilə tərk edəcəklər.
Bu barədə rusiyapərəst erməni bloger Mika Badalyan Teleqram səhifəsində məlumat paylaşıb.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Rusiya sülhməramlıların Azərbaycan torpaqlarında olmasının başlıca səbəbi 10 noyabr sazişidir:
"Yəni sülhməramlıların burada olması erməni sakinlər və Azərbaycan arasında bir qoruyucu mövqe idi. Amma indi bu qoruyuculara ehtiyac yoxdur. Çünki Qarabağda artıq erməni qalmayıb. Hələ sülhməramlıların bölgəni nə vaxt tərk etməsi Rusiya və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqini tapmayıb. Sadəcə olaraq bu Mika Badalyanın verdiyi bir informasiyadır. M. Badalyan bu məlumatı haradansa, almış ola bilər.

Xatırladaq ki, erməni blogerlər tərəfindən əvvəl yayılan fikirlər öz təsdiqi tapmışdı. Biz inanaq ki, noyabrın 1-nə qədər Azərbaycanda rus əsgəri qalmayacaq. Amma Rusiyanın imperialist və şovinist siyasətinə fikir versək, bölgədə qalmaq üçün başqa səbəb fikirləşə biləcəyini də nəzərdən keçirməliyik. Məsələn, Azərbaycanda qalmış bir neçə min ermənini qorumaq səbəbini irəli sürə bilərlər. Bu isə Rusiya hərbçilərindən gözlənilə bilən hadisədir. Digər tərəfdən rus sülhməramlılarının bölgədə daha çox qalmasını Azərbaycanda qalmış ermənilər də həyata keçirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm