Rusiya dağılmış erməni ordusunu yenidən qurur?- ŞƏRH

“Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada rusların “silah baronları”- hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyev”. 
Bu sözləri siyasi şəthçi Asif Nərimanlı deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı: 

“Karapetyanın “İrkut”, “KamAZ”, “Uralvaqonzavod” və “Taktiki raket silahları” korporasiyasının rəhbərilə də görüşü gözlənilir. “İrkurt” şirkətinə Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aviasiya zavodu da daxildir. “KamAZ” və “Uralvaqonzavod” T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir. “Taktiki raket silahları” korporasiyası isə müxtəlif tipli raketlər buraxır.

Ermənistan Rusiyadan 4 dənə Su-30SM raketləri almışdı, lakin raketlərinin olmadığı üçün müharibədə istifadə edə bilmədiyi deyilir. Görünür, raketləri bundan sonra almağı planlaşdırır. Bununla yanaşı, 44 günlük müharibədə ümumilikdə 366 tank itirib: 287-si məhv edilib, 79-u qənimət götürülüb.

Bu itkinin yerini doldurmağa çalışırlar. Rusiya da həm Ermənistanda təsir imkanlarını saxlamaq, həm də Azərbaycanı rus silahı almağa təşviq etmək üçün dağılmış erməni ordusunu yenidən qurur.