
Rusiya-İran hərbi əməkdaşlığı başlayıb - Qərb gecikib!
Yusif Nəzərli
14:10 26.07.2023
Aktual
503
Rusiya ordusu Ukraynaya qarşı artıq öz ərazisində yığılan İranın "Şahed" PUA-larından istifadə etməyə başlayıb. Bu barədə Ukraynanın "Cənub" operativ komandanlığının spikeri Natalya Qumenyuk bildirib. Onun sözlərinə görə, bunu kamikadze pilotsuz uçuş aparatların üzərindəki kiril qrafikalı işarələr sübut edir.
Siyası şərhçi Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya İrandan pualar da daxil olmaqla bəzi silah növlərini alır:
"Rusiya və İran arasında hərbi əməkdaşlıq çoxdan başlayıb. Çoxdan məlumdur ki, Rusiya İrandan pualar da daxil olmaqla bəzi silah növlərini alır. Çünki Rusiyanın silah və sursata ciddi şəkildə ehtiyacı var. Zərbə puaları məsələsində Rusiya dünyada ən geridə qalmış ölkələrdən biri sayılır. Rusiya əvvəlcə Türkiyədən Bayraktar TB2 silahları almağa çalışırdı. Türkiyə bu silahı Rusiyaya deyil Ukraynaya satdı. Rusiyada İran pualarına yönəlmək məcburiyyətində qaldı.

Artıq bir neçə aydır ki, bu pualardan istifadə olunur. Bəzi Qərb ölkələri xüsusilə də Avropa birliyi bu məsələni ciddi şəkildə qaldırırlar. Ona görə ki, İranın pua istehsalının qarşısını almaq üçün sanksiyalar gücləndirililməlidir. Bu istiqamətdə artıq müəyyən addımlar atılıb. İranın xarici ölkələrdən bəzi hissələr aldığı məlumdur. İranın yeni puaların istehsalını dayandırmaq üçün o hissələrin İrana satışının qarşısını almağa çalışacaqlar. Amma bu sanksiyalar nəticə göstərməyə bilər. Hərbi mütəxəsislərinin fikrinə görə, İran xarici ölkələrdən pua istehsalı üçün aldığı hissələri artıq özü istehsal etməyə başlayıb. Bu baxımdan Qərb gecikmiş kimi görünür. Bununla belə İrana qarşı başqa təzyiqlər göstərməklə İranın Rusiyaya pua satmasının qarşısını almağa çalışacaqlar. Məsələn, daha ağır iqtisadi sanksiya ilə tələb edəcəklər ki, o puaları Rusiyaya satmasın. Bildiyim qədəriylə İranında Rusiyanı həddindən artıq böyük həcmdə pualarla təmin etmək imkanları yoxdur. Çünki, o puaları satıb yenilərini istehsal etmək üçün zaman lazımdır. Əgər Qərb tərəfdən sanksiyalar olarsa, onsuz da iqtisadiyyatı çökmək üzrə olan İran yeni problemlər istəməyəcək. Rusiyaya pua və döyüş silah-sursat satışını dayandıracaq".
Ekspert bunu da qeyd edib ki, propaqanda mərkəzləri Rusiyanın hərbi gücünü artırmaq üçün belə şişirdilmiş xəbərlər bildirirlər:
"İranın "Şahed" puaları Rusiyada istehsal oluna bilər. Bu, elə də asan mövzu deyil. Bəzi hissələri Rusiya özü istehsal edə bilmir və bunu başqa ölkələrdən almaq lazımdır. İstehsal olunsa belə çox məhdud sayda olacaq. Ukraynaya qarşı savaşda duyduğu ehtiyacın hamısını ödəyə biləcək səviyyədə ola bilməz. Üstəlik bu zavod hələ yenicə qurulub".
Şahanə Tağızadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm