Rusiya Qarabağda müxtəlif senarilər düşünür
Yusif Nəzərli
04:30 13.05.2022
Aktual
552
Azərbaycanın Rus İcması səsini çıxarmalıdır
Rusiya Qarabağda “rus icması” kartını yenidən aktuallaşdırır. İlin əvvəlində “Vahid Rusiya” partiyasının üzvü, “rus icması” layihəsində aparıcı fiqur rolunu oynayan Vitali Milanovun Qarabağa qanunsuz səfəri ilə rəsmi Bakının Moskvaya etiraz məktubundan sonra proses arxa plana keçmiş kimi görünürdü. Lakin qondarma “rus icması”nın “rəhbəri” Aleksandr Bordovun baş separatçı Araik Arutyunyanla görüşü təhlükəli senarinin davam etdiyini göstərir. Ekspertlərə görə, qondarma “rus icması” layihəsində separatçıların və Moskvanın öz planları var. Separatçılar “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarını Moskvanın təminatı altına alınmasına çalışır. Terrorçu Araikin “Rusiya Mədəniyyət Evləri”nin açılması istiqamətində işlərin getdiyi haqda açıqlaması da buna hesablanıb.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Rusiya Qarabağda mövcudluğunu davam etdirməyin müxtəlif senarilərini düşünür. Xüsusilə ermənilərlə yanaşı, “rusları qorumaq” əsasları da hazırlanır. Ekspertə görə, bu, mümkün sülh sazişindən sonrakı dövrə hazırlıqdır:
“Rusiya Brüssel razılaşmasının praktiki mərhələdə işləməsinə qarşı addımlar atmaqla özünün “hakim vasitəçiliyini” qorumağa çalışsa da, bölgənin gələcəyi üçün sülh sazişinin qaçılmaz olduğunu da anlayır. Rus masasında imzalanan üçtərəfli razılaşmaların işləməsi baxımından da bu, baş tutmalıdır. Onu da anlayır ki, Qarabağa “status”un verilməsi faktiki sıradan çıxıb. Bundan sonra bölgədə “erməni icması” və “Azərbaycan icması” arasında münasibətlərin qurulması adı ilə daha uzun müddətə qalmaq perspektivi mümkün ola bilər.
Bura “rus icması”nın da əlavə edilməsi Moskvanın planını gücləndirəcək amildir. Rəsmi Bakı Moskvaya Azərbaycan ərazisində ikinci “rus icması”na ehtiyacın olmadığını izah etməlidir.
Bu prosesdə Azərbaycanın Rus İcmasının üzərinə də böyük iş düşür. İcma Bordovu “qara siyahı”ya salmalı, onlardan olmadığını elan etməlidir. Qarabağdakı rus əsilli olanlarla işləməlidir. Rusiya rəhbərliyinə Azərbaycan ərazisinə ikinci icmanın yaradılmasını qəbul etmədikləri haqda müraciət ünvanlamalıdır. İkinci icmanın yaradılmasının əsas icma ilə münasibətlərdə problemə yol açdığını anlatmalıdırlar.
Azərbaycanın Rus İcması Qarabağda qondarma “rus icması” layihəsi dövriyyəyə salınandan indiyə qədər hələ də heç bir reaksiya verməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya