
Sadəcə üzr istəməklə islah olunmur: Slovyov məhkəmə kürsüsünə çıxarılmalıdr
Yusif Nəzərli
03:40 29.03.2024
Aktual
552
Erməni lobbisinin əlində oyuncağa çevrilmiş Solovyov mütləq məhkəmə kürsüsünə çıxarılmalıdır
Rusiyalı teleaparıcı Vladimir Solovyov təkcə Azərbaycanın yox, Rusiyanın da düşmənidir. “Krocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktını hansısa formada Azərbaycanla əlaqələndirmək, bu teraktın arxasında mifik “Azərbaycan izi” axtarmaq yalnız Solovyov kimi qərəzli şəxslərin ağlına gələ bilərdi. Ölkəmizə qarşı ənənəvi ermənipərəst mövqeyi ilə seçilən bu xəstə təxəyyül sahibi Azərbaycanı növbəti dəfə hədəfə almaqla ilk növbədə Rusiyanın dövlət maraqlarına ciddi zərbə vurur.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, təxribatçı jurnalistin ictimai rəyi çaşdırmağa hesablanmış böhtanları bir yandan Rusiya hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqın gedişinə müdaxilə cəhdidirsə, digər tərəfdən Azərbaycana qarşı dezinformasiya terrorudur. Ekspertin sözlərinə görə, Solovyov əlindəki efir imkanlarından terrorçu kimi istifadə edir:
"O, “Krocus City Hall”dakı teraktı törətməkdə təqsirli bilinən şəxslərin milli kimliyini müəyyənləşdirmək adı altında Azərbaycana qarşı informasiya terroru aparır. Hərçənd, yaxşı bilir ki, terrorçuların milli və dini mənsubiyyəti olmur. Bu, artıq aksiomaya çevrilmiş bir həqiqətdir. Lakin bununla belə, onun Azərbaycanı məqsədyönlü şəkildə hədəfə alması, özünü jurnalistdən daha çox prokuror kimi apararaq hökm verməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq doğurur. Onun Azərbaycanı qaralamağa cəhd göstərməsi bu teleaparıcının barəsində cinayət işinin açılmasına tam əsas verir. Solovyovun anti-Azərbaycan ritorikası sözün tam mənası ilə artıq məhkəməlikdir. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin məlum müddəaları da Azərbaycan tərəfinə bu hüququndan istifadə etməyə imkan verir. Çünki Solovyov Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək məqsədini güdüb".

Analitik xatırladıb ki, bu adam Azərbaycan əleyhinə qərəzli və heç bir fakta söykənməyən fikirlər səsləndirdiyinə görə əvvəllər bir neçə dəfə Azərbaycandan üzr istəyib:
"Lakin təcrübə göstərir ki, belələri sadəcə üzr istəməklə heç cürə islah olunmur. Erməni lobbisinin əlində oyuncağa çevrilmiş Solovyov mütləq məhkəmə kürsüsünə çıxarılmalıdır. Elə olarsa, bu, Azərbaycan və Rusiyanın normal qonşuluq münasibətlərinə zərbə vurmağa çalışan digər ermənipərəstlərə də dərs olsun. Rusiya mediasını Solovyov kimi parazitlərdən təmizlənmək vaxtı gəlib çatıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol