Savaş gələn ay bitə bilər
Yusif Nəzərli
03:14 13.09.2022
Aktual
736
Putinin ətrafı üzücü müharibədən yorulub
Ərdoğan Rusiya prezidentini növbəti dəfə danışıqlar masasına dəvət edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə Şanxay Əməkdaşlığı Təşkilatının Zirvə toplantısında rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ona növbəti dəfə Ukrayna rəhbəri V.Zelenski ilə danışıqlar aparmağı təklif edəcək. “Hürriyət”in yaydığı xəbərə görə, Ərdoğanla Putinin görüşündə ən mühüm mövzu Ukraynada baş verənlər olacaq. Türkiyə lideri Rusiya prezidentinə bəyan edəcək ki, ölkəsi münaqişəyə son qoymaq və vasitəçilik təşəbbüsləri ilə davamlı atəşkəsə nail olmaq üçün bütün səylərini davam etdirəcək.
Ərdoğan məsələnin diplomatik yolla həllini vurğulayacaq. Bundan əlavə, Putin və Ərdoğan “taxıl dəhlizi”nin effektivliyini də müzakirə edəcək. Ərdoğan Rusiyadan malların Türkiyənin koordinasiya etdiyi gəmilərlə dəhliz boyu göndərilməsini xahiş edəcək. Səmərqənd səfirinin ardınca Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-22-də ABŞ-da səfərdə olacaq. O, sessiyada Rusiya-Ukrayna müharibəsində taxıl tədarükü, Yunanıstanla Türkiyə arasında gərginlik, terrora qarşı mübarizəyə dair ismarış verəcək. Səfər çərçivəsində Türkiyə lideri ABŞ dövlət başçısı Cozef Bayden və başqa rəsmilərlə görüşəcək. Bu təmaslarda da Rusiya-Ukrayna müharibəsinin müzakirə olunacağı istisna edilmir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, son günlər Ukrayna ordusunun hücuma keçməsi nəticəsində Xarkov istiqamətində ciddi uğurlar əldə olunub. Professorun sözlərinə görə, Rusiya Ukraynanın Qara dənizə çıxışını bağlamaq üçün əsas qüvvələri cənuba yönləndirsə də, Ukrayna cənubla yanaşı, şimal və şərq istiqamətlərində də əks-hücuma keçərək ruslara ciddi zərbə vurdu:
"Xarkovda yaşayış məntəqələrinin azad edildiyi deyilir. Bu, Rusiyanın məğlubiyyətinin başlanğıcıdır. Rusiya hökuməti də bunu dərk edir. Moskvanın apardığı informasiya müharibəsi effektini vermir. Putin üçün hazırlanmış piar kampaniyası çox aşağı səviyyədədir. Rus efirlərində hər gün eyni adamlar çıxış edir və eyni arqumentləri səsləndirirlər. Yarım ildən çox çəkən proses insanları yormaqda və aparılan siyasət bumeranq effekti verməkdədir. Putin ümid edir ki, yaxın günlərdə Türkiyə vasitəsi ilə Zelenski ilə dil tapacaq. Amma Zelenskinin görüşə razılıq verəcəyinə inanmıram. Düzdür, Böyük Britaniyanın əfsanəvi kraliçasının ölümü ilə bir qədər fasilə yaranmış ola bilər. Ancaq bu o demək deyil ki, ingilis kəşfiyyatı Ukraynadakı fəaliyyətini sonlandırıb".
C.Nuriyev vurğulayıb ki, əslində Kiyevin başqa çıxış yolu yoxdur, yəni itirəcəyi heç nə qalmayıb:
"Aylardır müharibə gedir, şəhərlər, kəndlər, infrastruktur tamamilə dağıdılıb, insanlar qaçqın düşüb, xarici ölkələrə axışıblar. Zelenski istəsə belə geriyə addım ata bilməz. Fərqli davranış, hansısa məsələdə güzəşt ölkədə vətəndaş müharibəsinin əsasını qoymuş olar ki, bu, müharibədən daha təhlükəlidir.
İndiki dönəmdə mümkün olan addım atəşkəsin müvəqqəti dayandırılması və orduların hazırkı mövqelərində qalmasıdır. Ukrayna bilir ki, gec-tez bunu ondan tələb edəcəklər. Ona görə də imkan yaranmışkən daha böyük ərazini ruslardan təmizləməyə çalışır. Rusiyada da çox ciddi gərginlik var. Putinin ətrafındakılar üzücü müharibədən yorulublar. Amma sovet ideologiyası ilə yaşayan Kreml hələ də qisasçılıq hissindən əl çəkə bilmir. Hər halda Türkiyə lideri şəxsi təşəbbüsləri ilə müharibəni dayandırmaq üçün əlindən gələni edəcək. Əgər anlaşma olarsa, gələn ay liderləri bir masa arxasına əyləşdirmək mümkün hala gələr. İki ölkə də anlayır ki, savaş onlar üçün fəlakət və sağalmaz yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya