Seçkiləri müşahidə etmək üçün 15-ə yaxın beynəlxalq təşkilata müraciət ünvanlanıb
07:55 20.11.2019
Aktual
462
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərini müşahidə etmək üçün 15-ə yaxın beynəlxalq təşkilata müraciət ünvanlanıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.
R.Qasımov vurğulayıb ki, Azərbaycanda keçirilən bütün seçkilərdə müşahidəçilik etməyi arzu edən beynəlxalq təşkilatların və xarici qurumların qismində iştirakına şərait yaradılıb:
“Bu dəfə də bu addım atılıb. Amma bələdiyyə seçkiləri ilə bağlı bu sahədə bir spesifiklik var. Bunun özünəməxsusluğu ondadır ki, bələdiyyə seçkiləri yerli seçkilər olduğu üçün beynəlxalq təşkilatlar bunu müşahidə etməyə o qədər də böyük maraq göstərmirlər. Mərkəzi Seçki Komissiyası yerli seçkilərlə bağlı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət göndərib, çünki bu qurum yerli özünüidarəetmə məsələlərinə diqqət göstərir. MSK ,həmçinin digər xarici ölkələrin seçki qurumlarına da müraciət ünvanlayıb. Belə qurumların sayı 15-dir. Hazırda işçi qaydada bizə müəyyən məlumatlar daxil olur. Bu proses səsvermə gününə 10 gün qalana qədər davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə