“Şəhid ailələri və qazilərə qayğı davam edəcək”
Banuçiçək Kalbalıyeva
14:38 26.08.2021
Aktual
564
Prezident İlham Əliyev bu gün şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüb. Ölkə başçısı bildirib ki, bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq: “Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir”.
Tarix elmləri doktoru, keçmiş millət vəkili Həvva Məmmədova dövlətin qazilərə və şəhid ailələrinə qayğısı barədə “Sherg.az”a danışdı:
“Məlum olduğu kimi, Ermənistanın elan edilməmiş müharibəsi nəticəsində 1 milyona yaxın qaçqınımız və məcburi köçkünümüz var idi. Onlar 2007-ci ilədək çadır şəhərciklərində yaşayırdılar. Sonradan həmin kateqoyidan olanlar üçün yeni qəsəbələr salındı. Ümumiyyyətlə, biz dövlətin şəhid ailələri və qazilərə dəstəyini unudu bilmərik. Müharibədən sonra dövlət başçısı özü şəxsən hospitallara gedir, yaralıların vəziyyəti ilə maraqlanırdı.
Həmçinin savaşdan sonra icra hakimiyyətlərində şəhid və qazilərlə bağlı yeni strukturun yaradılması və həmin vəzifəyə qazilərin təyin edilməsi dövlətin qayğıkeşliyinin növbəti təzahürüdür.
Belə qayğı və diqqət heç bir dövlətdə yoxdur. Ermənistanda anaların fəryadı heç də təsadüfi deyil. Çünki separataçı ölkədə dövlət hətta müalicə pulunu da ödəmir. Bu, ailələrin öz hesabına olur.
Fürsətdən istifadə edib, Azərbaycan xalqının, o cümlədən də qazi və şəhid ailələrinin yaxın dostu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirəm. Əlbəttə, qəhrəmanlarımıza diqqət və qayğı bundan sonra da davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya